AS Inshaat-N LLC İstehsalat rəhbəri (Dəmir-Beton Məmulatları sexi)
1 gün əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri
- Dəmir-beton məmulatlarının istehsal prosesinin planlaşdırılması və idarə olunması;
- Gündəlik istehsalat planının icrasına nəzarət etmək;
- İşçi heyətinin fəaliyyətini təşkil etmək, tapşırıqlar vermək və iş bölgüsü aparmaq;
- Məhsulun keyfiyyət standartlarına uyğun istehsalını təmin etmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
- İstehsalatda yaranan problemləri operativ şəkildə həll etmək;
- Xammal, material və avadanlıqlardan səmərəli istifadəni təmin etmək;
- Rəhbərliyə istehsalatla bağlı mütəmadi hesabatlar təqdim etmək.
Tələblər
- Ali təhsil (mühəndislik və ya istehsalat sahəsi üzrə üstünlükdür);
- Dəmir-beton məmulatları və ya tikinti materiallarının istehsalı sahəsində minimum 3 il iş təcrübəsi;
- Rəhbər vəzifədə iş təcrübəsi;
- İstehsalat proseslərinin təşkili və idarə olunması üzrə biliklər;
- Komandanı idarə etmək və qərarvermə bacarığı;
- Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
- MS Office proqramlarında işləmək bacarığı.
İş yeri: Sahil qəsəbəsi, Qaradağ beton zavodu
İş qrafiki: Tam iş günü
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu başlığına “İstehsalat Rəhbəri” qeyd etməklə göndərə bilərlər.
AI 

AS Inshaat-N LLC