PPM PASHA Property ManagementPASHA Property Management

İstismar xidmətləri üzrə texnik (mexanik)

Bakı 1 ay əvvəl yerləşdirilib Mənbə
Tam ştat Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

PAŞA Property Management “ İstismar xidmətləri üzrə texnik (mexanik)” vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.


  • Binanın mexaniki sistemlərinin gündəlik istismarı, monitorinqi və texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi;
  • HVAC sistemlərinin (AHU, FAHU, FCU, Ventilyasiya sistemləri, Chiller, İstilik dəyişdiriciləri və əlaqəli avadanlıqlar) istismar və texniki xidmət işlərinin yerinə yetirilməsi;
  • Su təchizatı, kanalizasiya, drenaj, yağış suyu sistemləri, hidrofor və nasos stansiyalarının işlək vəziyyətdə saxlanılması;
  • İstilik və soyutma sistemlərinin, kollektorların, balanslaşdırıcı və tənzimləyici armaturaların yoxlanılması və servis işlərinin aparılması;
  • Nasoslar, elektrik mühərrikləri, ekspansion çənlər, filtr sistemləri və digər mexaniki avadanlıqların müntəzəm baxışının keçirilməsi;
  • Mexaniki avadanlıqlarda yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
  • Planlı profilaktik texniki xidmət işlərinin icrası və aidiyyəti qeydlərin aparılması;
  • Qəza və fövqəladə hallara operativ müdaxilə edilməsi;
  • Texniki otaqların, avadanlıqların və iş sahələrinin səliqəli və təhlükəsiz vəziyyətdə saxlanılması;
  • Təmir və texniki xidmət işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunması.

Tələblər

  • Işində cəld və məsuliyyətli olmaq;
  • Komanda ilə işləmə bacarığı;
  • Mexanik kimi minimum 3+ il iş təcrübəsi;
  • Böyük biznes mərkəzində iş təcrübəsi üstünlükdür.
PPM PASHA Property Management
PASHA Property Management

PAŞA Property Management — premium daşınmaz əmlakın idarə edilməsi sahəsində aparıcı şirkətdir. Biz lüks sinif yaşayış və kommersiya obyektlərinin idarə edilməsi sahəsində yüksək keyfiyyətli xidmət…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et