U
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- İnformasiya texnologiyaları
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
- Biznes ehtiyaclarının müəyyənləşdirilməsi, tələblərin toplanması, təhlili və aidiyyəti tərəflərlə razılaşdırılması;
- Biznes və funksional tələblərin hazırlanması, sənədləşdirilməsi və aktuallığının təmin edilməsi;
- İstifadəçi hekayələrinin (User Stories), qəbul meyarlarının (Acceptance Criteria), As-Is / To-Be proseslərinin və digər biznes analiz sənədlərinin hazırlanması;
- Mövcud biznes proseslərinin təhlili, problemlərin müəyyənləşdirilməsi və təkmilləşdirmə imkanlarının təqdim edilməsi;
- Biznes və texniki komandalar arasında əlaqələndirici rolun icra edilməsi və tələblərin düzgün şəkildə çatdırılması;
- Tələblərdə baş verən dəyişikliklərin idarə olunması və aidiyyəti tərəflərlə koordinasiyanın aparılması;
- Layihə komandası ilə birgə hazırlanmış həllərin biznes tələblərinə uyğunluğunun yoxlanılması;
- Test ssenarilərinin hazırlanmasına və istifadəçi qəbul testlərinə (UAT) dəstək göstərilməsi;
- Biznes proseslərinin modelləşdirilməsi və proses axınlarının hazırlanması;
- Layihə və məhsullar üzrə sənədlərin hazırlanması və idarə olunması;
- Maraqlı tərəflərlə effektiv kommunikasiya və əməkdaşlığın təmin edilməsi.
Namizədə dair tələblər:
- İnformasiya Texnologiyaları, Biznesin İdarəedilməsi, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Biznes Analitik və ya əlaqəli vəzifə üzrə minimum 2 il iş təcrübəsi;
- Biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi üzrə təcrübə;
- İstifadəçi hekayələrinin (User Stories), qəbul meyarlarının (Acceptance Criteria) və biznes proseslərinin hazırlanması üzrə biliklər;
- Agile/Scrum metodologiyaları üzrə biliklər;
- BPMN, Flowchart və ya digər proses modelləşdirmə alətləri ilə işləmə bacarığı;
- SQL üzrə baza biliklər və məlumatların təhlili bacarığı;
- Jira, Confluence və ya digər layihə idarəetmə alətləri ilə işləmə bacarığı;
- Güclü analitik düşüncə, problem həll etmə və detallara diqqət bacarığı;
- Effektiv yazılı və şifahi ünsiyyət bacarığı;
- Azərbaycan dili səlis, ingilis və rus dillərində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı mütləqdir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.