İT dəstək üzrə kiçik mühəndis
1 ay əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Kompüter, printer, skaner və digər ofis avadanlıqlarına ilkin texniki dəstəyin göstərilməsi;
- Korporativ şəbəkə, Wi-Fi və internet bağlantısı ilə bağlı problemlərin aşkarlanması və aradan qaldırılması;
- Sistem administratoruna gündəlik işlərdə dəstək göstərilməsi;
- İT inventarizasiyasının aparılmasında və müvafiq sənədləşdirmə proseslərində iştirak;
- Proqram təminatlarının quraşdırılması, sazlanması və yenilənməsi proseslərinə dəstək;
- İstifadəçilərdən daxil olan texniki müraciətlərin qeydiyyatı, təhlili və həlli istiqamətində işlərin görülməsi;
- Məlumat təhlükəsizliyi və ehtiyat nüsxələmə prosedurlarının tətbiqi ilə tanış olmaq və dəstək göstərmək.
İş şəraiti:
- İş günləri: Həftənin I–V günləri;
- İş saatları: 09:00 – 18:00.
Tələblər
- Müvafiq sahə üzrə 1 ilədək iş təcrübəsi;
- Komanda ilə effektiv ünsiyyət və əməkdaşlıq bacarığı;
- Məsuliyyətli, operativ problem həll etmə və detallara diqqət yetirmə bacarığı;
- Vaxtın effektiv idarə olunması və işlərin prioritetləşdirilməsi bacarığı;
- Windows əməliyyat sistemi və Microsoft Office proqramları üzrə yaxşı biliklər;
- TCP/IP, DNS, DHCP və şəbəkə texnologiyalarının əsasları üzrə ilkin biliklər;
- LAN və Wi-Fi bağlantı problemlərinin diaqnostikası və həlli üzrə praktiki bacarıqlar;
- Remote Access alətləri ilə işləmə bacarığı;
- Active Directory üzrə ilkin biliklər;
- Windows və Linux server mühitləri üzrə baza biliklərə malik olmaq (üstünlükdür);
- POS sistemləri ilə iş təcrübəsi (üstünlükdür);
- Məxfilik qaydalarına riayət etmək;
- Ezamiyyətlərə hazır olmaq.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
KH 
Kontakt Home
Topdansatış və pərakəndə ticarət
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində…