ADY
Azərbaycan Dəmir Yolları
İT infrastrukturu üzrə böyük mühəndis
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Mühəndislik
Vəzifə haqqında
Təsvir
- İnfrastruktur layihələrinin planlanması, büdcələndirilməsi, texniki tələblərin formalaşdırılması, icrasına nəzarət və koordinasiya;
- Mövcud infrastruktur sistemlərinin fasiləsiz işləməsinə nəzarət: CCTV sistemləri, VMS (Video Management System), Şəbəkə avadanlıqları, Giriş-çıxışa nəzarət sistemləri (Access Control), Şlaqbaum, turniket və OCR sistemləri;
- Mövcud sistemlərin monitorinqi, texniki vəziyyətinin qiymətləndirilməsi, modernizasiya və yenilənmə ehtiyaclarının müəyyənləşdirilməsi;
- Yeni avadanlıq və həllərin texniki təkliflərinin hazırlanması, alternativ həllərin araşdırılması və infrastrukturun optimallaşdırılması üzrə təşəbbüslərin irəli sürülməsi;
- CCTV və təhlükəsizlik sistemlərinin genişləndirilməsi / yenilənməsi üzrə işlərin təşkili;
- İnfrastruktur üzrə vendor və podratçılarla işlərin koordinasiyası;
- Texniki komandanın iş bölgüsünün aparılması və idarə olunması;
- Görülən işlərin texniki sənədləşdirilməsi və hesabatların hazırlanması;
- Daxili və xarici tərəflərlə rəsmi yazışmaların aparılması.
Tələblər
- Ali təhsil (İT / Telekommunikasiya / Elektronika və ya əlaqəli sahə üzrə);
- İnfrastruktur layihələrinin idarə olunması üzrə praktiki təcrübə;
- Büdcələndirmə və texniki təklif hazırlama bacarığı;
- Vendor və podratçılarla iş təcrübəsi.
Bilməlidir:
- CCTV / VMS sistemləri;
- Access Control / OCR / Turniket / Şlaqbaum sistemləri;
- Şəbəkə infrastrukturu və Layer 1/L2 əsasları;
- Fiber optik və strukturlaşdırılmış kabel sistemləri;
- Server otağı və Data Center infrastrukturu;
- UPS və enerji ehtiyat sistemləri;
- İT standartların əsaslarını;
- Texniki və proqram vasitələrinin tətbiqi, inteqrasiya, quraşdırması;
- Layihələrin idarəedilməsi əsasları.