Guven Technology LLC İT üzrə mütəxəssis (Helpdesk) - Şamaxı şəhəri
Vəzifə haqqında
Təsvir
· İT ilə bağlı sorğuların qəbulu və həlli;
· Kompüter, printer, skaner, telefon və digər avadanlıqlarla bağlı problemlərin aradan qaldırılması;
· Proqram təminatı və əməliyyat sistemlərinin sazlanması və yenilənməsi;
· Ofis proqramları və digər tətbiqlər üzrə istifadəçilərə dəstək göstərmək;
· Yeni istifadəçilər üçün kompüter və digər İT avadanlıqların hazırlanması;
· Şəbəkə bağlantıları və internet problemlərinin həlli;
· İT infrastrukturu üzrə kiçik texniki problemlərin həlli və eskalasiya edilməsi;
· Daxil olan müraciətlərin Helpdesk sistemi vasitəsilə qeydiyyata alınması və izlənməsi;
· İstifadəçilərlə effektiv ünsiyyət qurmaq və problemləri izah etmək;
· Müraciətlərin həlli müddətinin və keyfiyyətinin izlənməsi;
· Korporativ İT təhlükəsizlik qaydalarına əməl edilməsi və istifadəçilərə məlumat verilməsi;
· Məlumatların ehtiyat nüsxələrinin yoxlanılması və bərpasına dəstək.
Tələblər
· Ali təhsil (informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahədə)
· İT dəstək və ya oxşar vəzifədə 1-2 il iş təcrübəsi.
· Windows və MacOS əməliyyat sistemləri üzrə biliklər.
· Microsoft Office proqramları və digər ofis tətbiqləri ilə işləmək bacarığı;
· Şəbəkə və internet problemlərinin həlli üzrə biliklər (TCP/IP, LAN, WAN və s.);
· Daxili sistemlər və avadanlıqlar üzrə texniki biliklər;
· Problemləri həll etmə bacarığı və analitik düşüncə;
· Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
· Müştəriyönümlü yanaşma;
· Yeni texnologiyaları öyrənmək və tətbiq etmək həvəsi.

At Guven Technology , we are dedicated to delivering robust, secure, and innovative IT solutions that help businesses achieve sustainable success in the digital age. Founded with a vision to become a…