OOdlaris Group

Junior Procurement Specialist (Təcrübə Proqramı)

14 saat əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
27 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Junior Procurement Specialist (Təcrübə Proqramı)

İş yeri: Bakı

İş rejimi: Tam ştat

Əməkhaqqı: Müsahibə zamanı bildiriləcək

Vəzifə öhdəlikləri

  • Satınalma sifarişlərinin (Purchase Order) hazırlanması və icrasının izlənilməsi.
  • Yerli və xarici təchizatçılarla yazışmaların aparılması və işgüzar əlaqələrin qurulması.
  • Yeni təchizatçıların araşdırılması, qiymətləndirilməsi və təchizatçı bazasının formalaşdırılması.
  • Qiymət sorğularının (RFQ) hazırlanması, göndərilməsi, toplanması, müqayisəsi və təhlili.
  • Müqavilələrin, kommersiya təkliflərinin və digər satınalma sənədlərinin hazırlanmasına dəstək göstərilməsi.
  • Satınalma sənədlərinin sistemləşdirilməsi, elektron və fiziki arxivinin aparılması.
  • Çatdırılma prosesinin izlənilməsi və logistika, anbar və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi.
  • Təchizat müddətlərinin və sifariş statuslarının mütəmadi monitorinqi.
  • Təchizatçılarla qiymət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə ilkin danışıqlarda iştirak.
  • Xarici təchizatçılarla e-mail və onlayn platformalar vasitəsilə peşəkar yazışmaların aparılması.
  • Satınalma hesabatlarının hazırlanmasına və məlumatların təhlilinə dəstək göstərilməsi.
  • Bazar araşdırmalarının aparılması, alternativ məhsul və təchizatçıların müəyyən edilməsi.
  • Şirkətin satınalma siyasəti və daxili prosedurlarına uyğun fəaliyyət göstərilməsi.
  • Rəhbərlik tərəfindən verilən digər satınalma və təchizat tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

Namizədə tələblər

  • Biznesin idarəedilməsi, İqtisadiyyat, Maliyyə, Logistika, Təchizat Zənciri və ya digər uyğun ixtisas üzrə ali təhsil.
  • Yeni universitet məzunu və ya maksimum 1–2 il iş təcrübəsi.
  • Azərbaycan dilini mükəmməl, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək.
  • MS Office proqramlarında, xüsusilə Excel, Word və Outlook proqramlarında işləmək bacarığı.
  • İnternet üzərindən məlumat axtarma və bazar araşdırması aparmaq bacarığı.
  • Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət hissi.
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları.
  • Vaxtın düzgün idarə olunması və eyni anda bir neçə tapşırıq üzərində işləmək bacarığı.
  • Operativ, təşəbbüskar, öyrənməyə açıq və komandada işləmək bacarığı.
  • Satınalma və beynəlxalq ticarət sahəsində karyera qurmaq istəyi.
  • Xarici təchizatçılarla yazışma aparmaq bacarığı üstünlük hesab olunur.
  • Vakansiya üzrə yalnız xanım namizədlərin müraciəti nəzərdə tutulur.

Biz təklif edirik

  • Satınalma və beynəlxalq təchizat sahəsində real layihələr üzərində işləmək imkanı.
  • Təcrübəli Procurement mütəxəssislərinin mentorluğu və peşəkar dəstəyi.
  • Yerli və beynəlxalq təchizatçılarla əməkdaşlıq təcrübəsi.
  • RFQ, qiymət analizi, müqavilələrin hazırlanması və satınalma proseslərinin praktiki şəkildə öyrənilməsi.
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.
  • Mehriban, peşəkar və dinamik iş mühiti.
  • Uğurlu namizədlər üçün uzunmüddətli əməkdaşlıq və karyera perspektivi.

Müraciət qaydası

  • Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Junior Procurement Specialist" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Əgər satınalma sahəsində peşəkar karyera qurmaq, beynəlxalq təchizatçılarla işləmək və dinamik komandada inkişaf etmək istəyirsinizsə, sizi ODLARIS GROUP MMC-nin komandasına qoşulmağa dəvət edirik.

Junior Procurement Specialist (Internship Program)

Location: Baku, Azerbaijan

Employment Type: Full-time

Salary: To be discussed during the interview

Key Responsibilities

  • Prepare and monitor Purchase Orders (POs).
  • Communicate and maintain professional relationships with local and international suppliers.
  • Research, evaluate, and develop new supplier databases.
  • Prepare, issue, collect, compare, and analyze Requests for Quotation (RFQs).
  • Assist in preparing contracts, commercial offers, and procurement documentation.
  • Maintain and organize procurement records in both electronic and physical formats.
  • Coordinate delivery schedules with logistics, warehouse, and other relevant departments.
  • Monitor supplier performance and order status.
  • Participate in preliminary negotiations regarding pricing, delivery terms, and payment conditions.
  • Conduct professional correspondence with overseas suppliers via email and online meetings.
  • Support procurement reporting and data analysis.
  • Conduct market research and identify alternative suppliers and products.
  • Ensure compliance with the company's procurement procedures and internal policies.
  • Perform other procurement-related duties assigned by management.

Candidate Requirements

  • Bachelor's degree in Business Administration, Economics, Finance, Logistics, Supply Chain Management, or a related field.
  • Fresh graduate or up to 1–2 years of relevant work experience.
  • Excellent command of Azerbaijani and good knowledge of English and Russian.
  • Good knowledge of Microsoft Office applications, especially Excel, Word, and Outlook.
  • Strong internet research and market analysis skills.
  • Excellent analytical thinking, attention to detail, and a high level of responsibility.
  • Strong written and verbal communication skills.
  • Ability to manage multiple tasks and meet deadlines.
  • Fast learner, proactive, and a strong team player.
  • Strong interest in building a career in Procurement and International Trade.
  • Experience in communicating with foreign suppliers will be considered an advantage.
  • This position is intended for female candidates only.

We Offer

  • Hands-on experience in procurement and international sourcing.
  • Mentorship from experienced procurement professionals.
  • Opportunity to work with local and international suppliers.
  • Practical experience in RFQs, contract preparation, supplier evaluation, and procurement processes.
  • Professional development and long-term career growth opportunities.
  • Official employment in accordance with labor legislation.
  • A professional, dynamic, and collaborative working environment.
  • Long-term employment opportunities for successful candidates.

How to Apply

  • Interested candidates are invited to send their CVs to the e-mail address in the Apply for job button with the subject line "Junior Procurement Specialist".

Only shortlisted candidates will be contacted.

If you are passionate about building a career in Procurement and International Trade, we would be delighted to welcome you to the ODLARIS GROUP LLC team.

O
Odlaris Group

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et