Bank of BakuBank of Baku

Kadr işinin təşkili bölməsinin eksperti

19 saat əvvəl yerləşdirilib Mənbə
İnsan resursları
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
29 iyul 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri

  • Əməkdaşların şəxsi işlərinin davamlı aparılmasını təşkil edir;
  • Hər ilin əvvəlində işçilərin məzuniyyət cədvəlinin tərtib edilməsini təmin edir, işçilərin ərizələri əsasında məzuniyyət əmrlərini hazırlayır, aidiyyatı əməkdaşlara /struktur bölmələrə göndərir və il ərzində məzuniyyətlərin verilməsi uçotunun cədvələ əsasən aparılmasını həyata keçirir;
  • Ezamiyyələrin rəsmiləşdirilməsi və qeydiyyatını həyata keçirir;
  • İş vaxtının qeydiyyat tabelinin hazırlanması və gündəlik aparılmasını həyata keçirir;
  • İşçilərin sosial sığortasına aid lazımi sənədlərin hazırlanmasında birbaşa rəhbərinə köməklik göstərir;
  • Birbaşa rəgbərinini göstərişi ilə banka aidiyyatı olan şəxslərin siyahısının hazırlanmasını və vaxtaşırı yenilənməsini həyata keçirir;
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
  • Bilavasitə rəhbəri və sahə rəhbərinin əmək müqaviləsi, departamentin Əsasnaməsi və fəaliyyətinə dair digər bankdaxili korporativ aktların vəzifə öhdəliklərinə aid olan göstərişlərindən irəli gələn tapşırıq və sərəncamlarını yerinə yetirir

Tələblər:

  • Azərbaycan - Mükəmməl
  • Rus – Orta
  • MS Office (MS Excel xüsusilə) – Yüksək
  • Sahə üzrə iş təcrübəsi:1-2 il
  • Ali təhsil – bakalavriat 
  • Əmək qanunvericiliyini yüksək səviyyədə bilməli
  • ƏMAS sistemində işləmə bacarığı

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

Bank of Baku
Bank of Baku
Maliyyə və sığorta fəaliyyəti

“Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et