Karyera imkanları üçün müraciət
Vəzifə haqqında
Təsvir
Hörmətli namizəd,
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) göstərdiyiniz marağa və komandamıza qoşulmaq istəyinizə görə Sizə təşəkkür edirik.
Hazırda profilinizə uyğun aktiv vakansiyamız olmasa da, ölkəmizin rəqəmsal ekosisteminə töhfə verə biləcək peşəkarları tanımaq bizim üçün hər zaman önəmlidir. Bu səbəbdən CV-nizi məmnuniyyətlə istedadlar bazamıza əlavə edirik. Müraciət zamanı "Başlıq" (Headline) hissəsinə maraqlandığınız sahəni yazmağınız faydalıdır.
Gələcəkdə təhsilinizə və peşəkar təcrübənizə uyğun yeni karyera imkanları yarandığı təqdirdə, namizədliyiniz müvafiq işə qəbul prosesi çərçivəsində dəyərləndiriləcək və bu barədə Sizə məlumat veriləcəkdir.
Tələblər
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin…