BOB Bank of BakuBank of Baku

Kassa bölməsinin kiçik eksperti

Bakı 2 ay əvvəl yerləşdirilib Mənbə
Müştəri xidməti
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
31 may 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə funksiyaları- Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, çek kitabçalarının, yol çeklərinin habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi, saxlanması və qorunması üzrə əməliyyatları həyata keçirir;
- Müştəri Xidmətləri Departamentinə/Filiala bağlı bankomatların və ödəniş aparatlarının inkassasiyasını həyata keçirilir;
- Mübadilə məntəqəsi üzrə xarici valyutanın alqı-satqısını qaydalara uyğun şəkildə həyata keçirir;
- Mədaxil və məxaric sənədlərinin, yol çeklərinin, plastik kartların digər qiymətlilərin təhvil-təslimi ilə bağlı aktların, həmçinin pul çeklərinin yoxlanılmasını həyata keçirir.
- Kassa kitabının, xarici valyutanın alqı-satqısına dair reyestr kitabının, mədaxil və məxaric üzrə kassa jurnalının lazımi məlumatların oxunaqlı formada qeyd edilməklə aparılmasını həyata keçirir. Əməliyyatları Bankın əməliyyat proqramında əks etdirir.
- İş gününün sonunda əməliyyat günü ərzində qəbul edilmiş pul vəsaitlərini kassanın rəhbərinə təhvil verir.
- Kassa bölməsinin fəaliyyətində mövcud olan nöqsanların aradan qaldırılması variantlarını birbaşa rəhbərin nəzərinə çatdırır.
- Bütün növ plastik kartların saxlanması, kassaya mədaxil olan, kassadan məxaric olan və saxlanılan kartların uçotunu aparır.
- Mədaxil və Məxaric sənədlərinin, kassa hesabatları sənədlərinin, təhvil-təslim aktlarının və digər sənədlərin arxivləşdirilməsini təmin edir;
- Tərəfindən aparılan əməliyyatlar üzrə bank və komersiyya sirləri təşkil edən məlumatların qorunmasını təmin edir;
- Bankın digər bölmələri ilə qarşılıqlı əlaqələr yaradır;
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
- Bilavasitə rəhbəri, Filial şəbəkəsinin idarə edilməsi departamenti, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Nizam intizam
  • Etik davranış
Digər şərtlər Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
 Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

BOB Bank of Baku
Bank of Baku
Maliyyə və sığorta fəaliyyəti

“Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et