UKB
Unibank Kommersiya Bankı
Kassa xidmətləri üzrə kiçik mütəxəssis ( İsmayıllı)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
Vəzifə haqqında
Təsvir
- Kassa əməliyyatlarının bankdaxili prosedur və qaydalara uyğun şəkildə həyata keçirilməsi;
- Valyuta mübadilə əməliyyatlarının dəqiq və operativ icrasının təmin edilməsi;
- Pul vəsaitlərinin nominalına, dövriyyəyə yararlılığına və yararsızlığına uyğun olaraq çeşidlənməsi;
- Bankomatların fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə nağd vəsaitlərin hazırlanması və yüklənməsi;
- Aparılmış əməliyyatların uçot sənədlərində düzgün qeydiyyatının aparılması və müvafiq sistemlərdə əks etdirilməsi;
- Kassa əməliyyatları üzrə gündəlik və dövri hesabatların hazırlanması;
- Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi, mədaxil və məxaric sənədlərinin düzgün işlənməsi;
- Fəaliyyətin vəzifə öhdəlikləri və səlahiyyətlər çərçivəsində, mövcud Əsasnamə, bankdaxili prosedur və qaydalar, eləcə də Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
Tələblər
- Ali təhsil;
- Riyazi hesablamaları dəqiqliklə yerinə yetirmə qabiliyyəti
- MS Excel, MS Word və Outlook proqramları üzrə işləmək bacarığı;
- Güclü ünsiyyət, analitik düşünmə, müştəriyönümlü yanaşma, dəqiqlik və məsuliyyətlilik
- Rus dili biliyi üstünlükdür