KH Kontakt HomeKontakt Home

Kassir (MD)

Bakı 2 ay əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
12 iyun 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

-Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;

-Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;

-Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;

-Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;

-Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;

-Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi;

-Cihaz və ehtiyat hissələrinin sistemə əlavə olunması.

Tələblər

-Ali təhsil; (Maliyyə və İqtisadi təhsili arzu ediləndir)

-Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;

-Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;

-Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);

-Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklər;

-Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri üzrə biliklər;

-Dəqiqlik, məsuliyyətlilik və dürüstlük;

-Bəy namizədlərə üstünlük verilir.


İş qrafiki:

1ci - 5ci gün saat 10:00-18:00, 6cı gün saat 10:00-15:00

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

KH Kontakt Home
Kontakt Home
Topdansatış və pərakəndə ticarət

“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et