Kassir /Olivia( Kosmetika və baxım)
İş rejimi Tam ştat Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
Yeni açılmış və tez inkişaf edən “Olivia” Beauty & Care multibrend mağazalar şəbəkəsinə Kassir axtarırıq.
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin tələb olunan qaydada qəbul edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
- Nağdsız və Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi;
- Müştərilərin yönləndirdiyi sualların səlahiyyət çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi;
- Mağaza rəhbəri olmadığı müddətdə heyyətin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi;
- Yaranan problemlərlə bağlı müvafiq struktur rəhbərlərinin məlumatlandırılması.
İş şəraiti:
- İş yeri: Əhmədli və Qarayev filialları;
- İş günləri: Növbəli iş qrafiki;
- Əmək haqqı: Fix+bonus%
- Şirkət daxili təlimlər;
Tələblər
- Natamam ali təhsil (Ali təhsil arzu olunandır);
- Kassir kimi minimum 6 ay iş təcrübəsi;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Kompüter bilikləri (MS Office, Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı)
- Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik.
“Olivia” Beauty & Care haqqında:
“Olivia” Beauty & Care geniş assortimentli, Türkiyə, İtaliya, Polşa, Belarus və s. ölkələrdən olan tanınmış, həm də eksklüziv baxım və dekorativ kosmetika, parfümeriya, həmçinin məişətdə istifadə olunan, orta seqmentə uyğun məhsulları təqdim edən mağazalar şəbəkəsidir. Burada nəyinki qadın, həm də kişi və uşaqlar üçün müxtəlif çeşidli məhsullar yer alıb.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
KH 
Kontakt Home
Topdansatış və pərakəndə ticarət
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində…