SuperToys mağazalar şəbəkəsi Kassir (xanım)
Vəzifə haqqında
SuperToys-dan vakansiya: Kassir (xanım) tələb olunur
Vəzifə öhdəlikləri:
– Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul etmək;
– Ödənilən vəsaitləri yoxlamaq və düzgün qaydada əməliyyatı həyata keçirmək;
– Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
– Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləyir, nəzarətdə saxlaymaq və hesabatını aparmaq;
– Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
– Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönəltmək;
– Yaranan problemlərlə bağlı mağaza rəhbərliyinə müraciət etmək;
Namizədlərə tələblər:
– Təhsil: Orta təhsil;
– İş təcrübəsi: Kassir kimi ən azı 1 il təcrübə;
– Cins: Xanım namizədlər
– Yaş həddi: 20-30 yaş arası;
– Komandada işləmək bacarığı;
– Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq;
– Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək;
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 500 manat təşkil edir + Bonus
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Kassir” yazaraq [email protected] epoçt ünvanına ya da (055)214-22-63 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
