AntarisAntaris

Kateqoriya Meneceri

Bakı 6 gün əvvəl yerləşdirilib Mənbə
Tam ştat 1–3 il Logistika
Aylıq maaş
₼1,000+
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Mebel kateqoriyası üzrə B2B və B2C satış strategiyasının hazırlanması və icrası
  • İllik və aylıq satış planlarının formalaşdırılması və icrasına nəzarət
  • Bazar və müştəri araşdırmalarının aparılması, satış imkanlarının müəyyənləşdirilməsi
  • Aylıq və həftəlik satış hədəflərinin hazırlanması və icrası
  • Müştəri görüşlərinin təşkili, aparılması və nəticələrin sistemdə qeyd edilməsi
  • Korporativ müştərilərlə aktiv əlaqələrin idarə olunması və sifarişlərin icrası
  • Sifarişlərin qəbulundan təhvili mərhələsinə qədər prosesin izlənməsi və müştərinin məlumatlandırılması
  • Satış prosesində yarana biləcək risklərin öncədən müəyyənləşdirilməsi və həlli
  • Reklam və marketinq fəaliyyətlərinin planlanması və icrası
  • Stok planlaması və 1C proqramı üzərindən satış analizlərinin aparılması
  • Satınalma şöbəsi ilə məhsul tədarükünün koordinasiyası
  • Təchizatçılarla məhsul xüsusiyyətləri üzrə danışıqlarda iştirak
  • Aylıq və həftəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması


İş şəraiti:

  • Əmək haqqı: 1000 AZN +satışdan bonus
  • İş rejimi: 6 iş günü (Şənbə günü: 10:00–14:00)
  • Bazar günü – istirahət
  • Rəsmi əmək müqaviləsi ilə sənədləşmə

Xüsusi tələblər

  • Ali təhsil
  • Yaş: 25–40
  • Cins: kişi namizəd
  • Satış sahəsində 1–3 il iş təcrübəsi (B2B/B2C)
  • Mebel məhsulları üzrə təcrübə üstünlükdür
  • Bazar araşdırması və satış texnikaları üzrə biliklər
  • MS Office (xüsusilə Excel) və 1C proqramında işləmə bacarığı
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
  • Rus və ingilis dili biliyi üstünlükdür
  • Analitik düşüncə, planlama və qərarvermə bacarığı
  • Ünsiyyət, inandırma və komanda ilə işləmək bacarığı

Müraciət: CV-lərinizi [email protected] mail ünvanına başlıqda "Kateqoriya meneceri" yazaraq göndərə və ya +994 51 277 11 10 nömrəsinin WhatsApp-ına yaza bilərsiniz.

Müraciət etmək üçün: [email protected]
Antaris
Antaris
İnformasiya və kommunikasiya

Antaris QSC – ofis və layihə təchizatında Azərbaycan bazarının lider şirkətlərindəndir. Çeşidə: dəftərxana, məişət ləvazimatları, qida, mebel, seyf, dolab, ofis üçün İT avadanlıq ilə yanaşı reklam…

Oxşar vakansiyalar

Hamısına bax