Keyfiyyət Meneceri
Vəzifə haqqında
Vəzifə Təsviri:
Müştəri Xidmətləri üzrə Keyfiyyətə Nəzarət Meneceri müştəri kommunikasiyalarının şirkət standartlarına və tənzimləyici tələblərə uyğunluğunu təmin edən keyfiyyət proseslərinə rəhbərlik edir.
Vəzifə Öhdəlikləri:
Müştəri kommunikasiyalarının yüksək standartlara uyğunluğunu təmin etmək məqsədilə keyfiyyət siyasətləri, proses və prosedurlarının hazırlanması, tətbiqi və davamlı təkmilləşdirilməsi
Keyfiyyət məqsədlərinin və performans göstəricilərinin (benchmark) müəyyən edilməsi
Komanda üzvlərinin mütəmadi performans qiymətləndirilməsinin aparılması və konstruktiv rəy verilməsi
Zənglərin, e-poçtların və çat yazışmalarının monitorinqi və qiymətləndirilməsi
Keyfiyyət üzrə məlumatların və hesabatların təhlili, trendlərin və inkişaf sahələrinin müəyyən edilməsi
Təkmilləşdirmə sahələrinin müəyyən edilməsi və digər departamentlərlə əməkdaşlıq çərçivəsində korrektiv tədbirlərin həyata keçirilməsi
Qiymətləndirmə nəticələrinə əsasən təlim proqramlarının hazırlanması və keçirilməsi üçün Təlim Mərkəzi ilə əməkdaşlıq
Şirkətin digər bölmələri ilə sıx əməkdaşlıq edərək vahid keyfiyyət yanaşmasının tətbiqi
Keyfiyyət göstəriciləri üzrə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi və davamlı inkişaf təşəbbüslərində iştirak
Tələblər:
Contact Center sahəsində minimum 3–5 il iş təcrübəsi, o cümlədən ən azı 2 il keyfiyyət və ya rəhbər vəzifədə təcrübə
Performans məlumatlarının təhlili, trendlərin müəyyən edilməsi və inkişaf strategiyalarının hazırlanması üzrə inkişaf etmiş analitik bacarıqlar
Contact Center keyfiyyət alətləri, CRM sistemləri və Microsoft Office proqramlarında işləmə bacarığı
Proses və prosedurların hazırlanması və optimallaşdırılması sahəsində təcrübə
Problemlərin həlli və qərarvermə bacarıqları
Detallara yüksək diqqət və keyfiyyət standartlarına riayət
Yüksək etik standartlar və dürüstlük
Strateji düşünmə və keyfiyyət təşəbbüslərini biznes məqsədləri ilə uyğunlaşdırmaq bacarığı
Dəyişən biznes tələblərinə uyğunlaşma çevikliyi
Dil bilikləri:
Azərbaycan dili – mükəmməl səviyyədə
Rus dili – yaxşı səviyyədə
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.