Prime CottonPrime Cotton

Keyfiyyət təminatı və Keyfiyyətə nəzarət şöbəsinin müdiri-Mingəçevir

Mingəçevir 3 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 5 ildən çox Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Cəmiyyət üzrə Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət sisteminin, habelə inteqrə olunmuş idarəetmə sisteminin effektiv fəaliyyətini təmin etmək.
  • Keyfiyyət siyasəti, prosedurları, təlimatları və digər sənədləşdirilmiş məlumatların hazırlanmasını, yenilənməsini və tətbiqini təşkil etmək.
  • Baş ofis, filiallar, istehsalat sahələri və laboratoriyalarda keyfiyyət tələblərinə riayət olunmasına nəzarət etmək.
  • Xammal, istehsal prosesi və hazır məhsullar üzrə keyfiyyətə nəzarət proseslərini təşkil etmək və uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək.
  • Daxili və xarici auditlərin, sertifikatlaşdırma proseslərinin və rəhbərliyin təhlili fəaliyyətlərinin koordinasiyasını həyata keçirmək.
  • ISO 9001, ISO 14001, ISO 45001, ISO/IEC 17025, ISO/IEC 17020 və digər tətbiq olunan standartların tələblərinin icrasını təmin etmək.
  • Keyfiyyət göstəricilərini (KPI) izləmək, təhlil etmək, hesabatlar hazırlamaq və davamlı təkmilləşdirmə tədbirlərini həyata keçirmək.
  • Müştəri şikayətləri, uyğunsuzluqlar, düzəldici və qabaqlayıcı tədbirlərin (CAPA) idarə olunmasını təmin etmək.
  • Təchizatçıların keyfiyyət baxımından qiymətləndirilməsində iştirak etmək və satınalma proseslərində keyfiyyət tələblərinin tətbiqini təmin etmək.
  • Şöbə əməkdaşlarının fəaliyyətini planlaşdırmaq, koordinasiya etmək, qiymətləndirmək, onların peşəkar inkişafını və şöbənin fəaliyyət planı, büdcə və təlim planlarının icrasını təmin etmək.
  • Keyfiyyət sahəsində yeni standartların, metodların və təkmilləşdirmə təşəbbüslərinin tətbiqi ilə bağlı rəhbərliyə təkliflər vermək.
  • Cəmiyyətdə qəbul olunmuş daxili qaydalara, prosedurlara və normativ sənədlərin tələblərinə riayət etmək.

Tələblər


  • Müvafiq sahə üzrə bakalavr təhsili (magistr təhsili üstünlükdür);
  • Keyfiyyət təminatı, keyfiyyətə nəzarət və ya inteqrə olunmuş idarəetmə sistemləri sahəsində minimum 7 il, o cümlədən rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
  • ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, ISO/IEC 17025 və ISO/IEC 17020 standartları üzrə məlumatlılıq, Daxili Auditor sertifikatının olması üstünlükdür;
  • GOTS, OCS, OEKO-TEX, Better Cotton, SEDEX və Higg Index standartları üzrə bilik arzuolunandır;
  • Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək, rus dili biliyi üstünlükdür;
  • Keyfiyyət İdarəetmə Sistemləri (QMS), İnteqrə olunmuş İdarəetmə Sistemləri (IMS), ISO standartları, auditlərin idarə olunması, proseslərin modelləşdirilməsi (BPMN), risk əsaslı yanaşma, 
  • Liderlik, strateji və analitik düşüncə, qərarvermə, koordinasiya, komanda idarəetməsi, problem həll etmə, effektiv ünsiyyət və təqdimat bacarıqları.

 

Prime Cotton
Prime Cotton
Emal sənayesi

Prime Cotton has more than 25 years of experience in Azerbaijan’s non-oil economy. We are growing, and stockpiling cotton in 15 out of 20 cotton cultivating regions of the country with further…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et