EstetEstet

Keyfiyyətə nəzarət mühəndisi

14 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
28 iyul 2026

Vəzifə haqqında

Namizədin şəxsi keyfiyyətləri

  • Fikrini izah etmək qabiliyyəti;
  • Ezamiyyə imkanları;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması;
  • Fəal olması və komandada işləmək bacarığı.
  • Autocad və ofis proqramlarını bilmə bacarığı

Keyfiyyətə nəzarət mühəndisinin vəzifə öhdəlikləri:

  • MEP (Elektrik, Mexaniki, HVAC, Su təchizatı və Kanalizasiya, Yanğından Mühafizə, Zəif Axın) sistemləri üzrə işlərin layihə sənədlərinə, texniki spesifikasiyalara, normativ tələblərə və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək. 
  • Sahədə görülən işlərin müntəzəm yoxlanışını həyata keçirmək və keyfiyyətə dair monitorinq aparmaq. 
  • Giriş materiallarının (Material Inspection Request – MIR), görülmüş işlərin (Work Inspection Request – WIR) və sınaqların (Request for Inspection – RFI) yoxlanılmasında iştirak etmək. 
  • Uyğunsuzluqları (NCR – Non-Conformance Report) aşkar etmək, qeydiyyata almaq, səbəblərini araşdırmaq və düzəldici, qabaqlayıcı tədbirlərin (CAPA) icrasına nəzarət etmək. 
  • Quraşdırılmış avadanlıq və sistemlərin texniki tələblərə uyğunluğunu yoxlamaq. 
  • Test və istismara vermə (Testing & Commissioning) proseslərində iştirak etmək və nəticələri qiymətləndirmək. 
  • Gizli işlərin, mərhələli qəbul və yekun qəbul yoxlamalarında iştirak etmək. 
  • Podratçı və subpodratçıların iş keyfiyyətinə nəzarət etmək. 
  • Keyfiyyətə dair gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq. 
  • Keyfiyyət sənədlərinin, yoxlama aktlarının, test protokollarının və digər texniki sənədlərin düzgün aparılmasını təmin etmək. 
  • Layihə dəyişikliklərinin (Shop Drawing, As-Built Drawing) keyfiyyət baxımından yoxlanılmasında iştirak etmək. 
  • Layihə rəhbəri, texniki nəzarət, sifarişçi və digər maraqlı tərəflərlə koordinasiyalı işləmək. 
  • Əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət olunmasını keyfiyyət baxımından dəstəkləmək. 
  • Layihənin təhvil-təslim mərhələsində keyfiyyət sənədlərinin hazırlanmasını və tamamlanmasını təmin etmək. 
  • Müvafiq milli və beynəlxalq standartların, norma və qaydalarının tələblərinə uyğunluğa nəzarət etmək.

İş şəraiti:

  • 5 günlük iş həftəsi
  • Nahar fasiləsi: 13:00-14:00
  • Nahar müəssisə tərəfindən təmin edilir
  • Əmək haqqı: Razılaşma yolu ilə

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində Keyfiyyətə nəzarət mühəndisi qeyd etməklə göndərə bilər

Estet
Estet

ESTET MMC 1997-ci ildən bəri Azərbaycan və digər ölkələrdəki inşaat firmalarını, inteqratorları və digər müəssisələri orta və aşağı elektrik cərəyanı sistemləri ilə təmin etməkdədir. Son illərdə…

Oxşar vakansiyalar

Hamısına bax