Prime Cotton Keyfiyyətə nəzarət üzrə baş mütəxəssis (Bərdə)
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Pambıq məhsullarının qəbulunu, çeşidlənməsini və keyfiyyət göstəricilərinin müəyyən edilməsini təmin etmək;
- Mövcud standartlara uyğun olaraq pambığın növ və siniflər üzrə təsnifatını aparmaq;
- Mahlıc kiplərindən götürülən nümunələrin HVI analizi proseslərini düzgün təşkil etmək və icrasına nəzarət etmək;
- Təsnifat və analiz zamanı istifadə olunan ölçmə və laborator avadanlıqlarının texniki vəziyyətinə və düzgün tətbiqinə nəzarət etmək;
- Təsdiq olunmuş yoxlama və sınaq planına uyğun vizual müayinə və laborator analizlər aparmaq;
- Giriş nəzarəti çərçivəsində daxil olan mal-materialın uyğunluğunu və tamlığını yoxlayaraq rəy hazırlamaq;
- Hazır məhsul və mal-materialın anbarlarda saxlanma prosedurlarına riayət olunmasına nəzarət etmək;
- Məhsulun qəbulundan sonrakı bütün mərhələlərdə (saxlanma, daşınma və s;) keyfiyyət meyarlarının qorunmasını təmin etmək;
- Keyfiyyətə nəzarət prosedurlarını tətbiq etmək, standartlardan kənarlaşmaları müəyyən edib aradan qaldırılması üzrə təkliflər vermək;
- Laborator analizlərinin nəticələrini təhlil etmək, tələb olunan sənədləşməni və qeydiyyatı aparmaq;
- Yoxlamalar üzrə formaları doldurmaq, məlumat və hesabatları hazırlayaraq müvafiq server qovluqlarında sistemli şəkildə saxlanmasını təmin etmək;
- Şirkətin siyasət və prosedurlarına, təhlükəsizlik, əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi normalarına əməl etmək;
- İş prosesindən irəli gələn digər tapşırıqları icra etmək.
Tələblər
- Aqrar sahə, kənd təsərrüfatı, texnologiya və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
- Pambıqçılıq, kənd təsərrüfatı məhsullarının təsnifatı və ya keyfiyyətə nəzarət sahəsində minimum 5 il iş təcrübəsi;
- Pambığın keyfiyyət standartları, təsnifat metodikaları və müvafiq normativ sənədlər barədə geniş biliklər;
- NOP, GOTS və AZS/ISO 17025:2020 standartları üzrə məlumatlılıq;
- ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 üzrə biliklər; bu istiqamətdə sertifikatlara sahib olmaq üstünlük sayılır;
- HVI analizləri, laborator analiz metodları və ölçmə cihazları ilə işləmə bacarığı;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydaları barədə bilik;
- Kənd təsərrüfatı məhsullarının becərilməsi qaydaları və KTN üzrə hüquqi normativlər barədə məlumatlılıq;
- MS Office proqramları (Word, Excel, PowerPoint) ilə sərbəst işləmə bacarığı;
- Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı (ingilis və rus dillərini bilmək arzu olunandır).
Şəxsi keyfiyyətlər:
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Qərarvermə, operativlik, detallara diqqət və yüksək məsuliyyətlilik;
- Komanda ilə işləmək və komanda idarəetmə bacarığı;
- Zamanın idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi bacarığı;
- Yüksək peşə etikası və məsuliyyətli iş yanaşması.
PC 

Prime Cotton
Emal sənayesi
Prime Cotton has more than 25 years of experience in Azerbaijan’s non-oil economy. We are growing, and stockpiling cotton in 15 out of 20 cotton cultivating regions of the country with further…