AR
Agro-West Retail

Keyfiyyətə nəzarət üzrə mütəxəssis (meyvə-tərəvəz üzrə)

16 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
₼1,000+
Kateqoriya
Logistika

Vəzifə haqqında

Agro-West Retail MMC “Keyfiyyətə nəzarət üzrə mütəxəssis (meyvə-tərəvəz üzrə)” vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

  • Meyvə-tərəvəz məhsullarının standartlarını müəyyən etmək; 
  • Məhsulların qəbuluna, saxlanılmasına və daşınmasına nəzarət etmək; 
  • Uyğunsuzluqları qeydə almaq və müvafiq tədbirlər planlaşdırmaq; 
  • Fəaliyyətə dair sənədlərin hazırlanmasını, izlənilməsini və saxlanılmasını təmin etmək; 
  • Marketlərdən və müştərilərdən daxil olan müraciətləri araşdırmaq və hesabat vermək; 
  • Şirkətin keyfiyyət standartlarına, daxili qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl etmək. 
  • Rəhbərlik tərəfindən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil (Qida mühəndisliyi); 
  • MS Office proqramlarında işləmək bacarığı; 
  • Qida təhlükəsizliyi və gigiyena üzrə qanunvericilik bilikləri; 
  • Meyvə-tərəvəz məhsullarının standartları, saxlanma və daşınma şərtləri üzrə biliklər; 
  • ISO 9001:2015 və ISO 22000:2018 standartları üzrə bilik üstünlükdür; 
  • Şəxsi nəqliyyat vasitəsinin olması üstünlükdür. 

İş şəraiti:

  • Əmək haqqı: 1000 AZN + bonus (400 azn); 
  • İş qrafiki: 6 günlük iş həftəsi; 
  • İş saatları: 18:00–02:00; 
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir; 
  • İş yeri: Bakı şəhəri, Meyvəli anbarı. 

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis (meyvə-tərəvəz üzrə)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

: