Aztelekom MMC Keyfiyyətin idarə edilməsi üzrə mütəxəssis(QA Specialist)
İş rejimi Tam ştat Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Müəssisənin Keyfiyyət İdarəetmə Sisteminin (KİS) gündəlik fəaliyyətlərində iştirak etmək;
- Prosedur, təlimat və digər daxili sənədlərin hazırlanmasına və yenilənməsinə dəstək göstərmək;
- Keyfiyyət göstəricilərinin (KPI) toplanması, izlənilməsi və təhlilində iştirak etmək;
- Şöbələr üzrə proseslərin izlənilməsində iştirak etmək;
- Proseslərin təkmilləşdirilməsi üçün məlumatların toplanması və təkliflərin hazırlanması;
- Uyğunsuzluqların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin izlənilməsini təmin etmək;
- Keyfiyyət hesabatlarının hazırlanmasına dəstək göstərmək;
- Keyfiyyət idarəetmə sistemi üzrə sənədlərin idarə olunmasını həyata keçirmək;
- İşçi heyəti ilə koordinasiyalı işləmək və metodoloji dəstək göstərmək;
- ISO standartlarının tətbiqi prosesində iştirak etmək;
- Verilən tapşırıqları vaxtında və düzgün icra etmək.
Tələblər
- Ali təhsil;
- Keyfiyyətin idarə olunması və ya oxşar sahədə minimum 1–3 il iş təcrübəsi;
- ISO 9001 standartı üzrə bilik və tətbiq təcrübəsi;
- ISO 9001:2015 Internal Auditor sertifikatının olması üstünlükdür;
- QMS Awareness (Keyfiyyət İdarəetmə Sistemi üzrə əsas biliklər) sertifikatının olması üstünlükdür;
- MS Office proqramlarında işləmək bacarığı;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Sənədlərlə işləmək və hesabat hazırlamaq bacarığı;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və operativlik;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;
- Xarici dil bilikləri arzuolunandır.
A 

Aztelekom MMC
İnformasiya və kommunikasiya
Azərbaycanda telefon rabitəsi 1881-ci ildə “Nobel qardaşları cəmiyyəti” tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə yaradılmışdır. Telefon rabitəsinin inkişaf etdiyi növbəti illərdə təkcə şəhər…