DPQ
Deluxe Park Qusar
Kiçik Mühasib (Otel/Restoran Təcrübəli)
18 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
- Kateqoriya
- Qonaqpərvərlik
Vəzifə haqqında
İş şəraiti
- Ünvan: Qusar rayonu
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əməkhaqqı: Müsahibə əsasında
İşin Təsviri və Öhdəliklər:
- Restoran və otel üzrə gündəlik kassa hesabatlarının yoxlanılması və daxili proqramlara işlənməsi;
- Tədarükçülərdən (postavşiklərdən) gələn qaimə-fakturaların daxil edilməsi və qarşılıqlı üzləşmə aktlarının tərtib edilməsi;
- Anbar daxilolmaları, silinmələr və inventarizasiya (sayım) nəticələrinin mühasibatlıq proqramında əks olunması;
- İlkin mühasibat sənədlərinin (mədaxil-məxaric orderləri, hesabatlar və s.) qaydaya salınması və arxivlənməsi;
- Baş mühasibin və ya maliyyə menecerinin verdiyi digər cari tapşırıqların yerinə yetirilməsi.
Namizədə Dair Tələblər:
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsində ali/orta ixtisas təhsili;
- Otel və ya restoran sferasında mühasib köməkçisi / kiçik mühasib / anbar mühasibi olaraq ən azı 1 il iş təcrübəsi;
- 1C (8.3 versiyası) və MS Excel proqramlarında sərbəst işləmək bacarığı (Otel/restoran idarəetmə proqramları bilikləri üstünlükdür);
- Riyazi hesablama aparma, analitik düşünmə və rəqəmlərlə diqqətli işləmək qabiliyyəti;
- Komandada işləmək bacarığı, məsuliyyətlilik və dürüstlük.
Biz Nə Təklif Edirik?
- Şirkət tərəfindən yaşayış yeri (qalmağa yer) təminatı;
- Şirkət hesabına gündə 3 dəfə qidalanma;
- Güclü maliyyə komandası daxilində peşəkar təcrübə qazanmaq və yüksəlmək imkanı.
- Qusar rayon mərkəzindən servis
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsinə "Kiçik Mühasib" yazmaqla və əməkhaqqı gözləntilərini qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.