BHT
Baku Holiday Travel

Kiçik qrafik dizayner

Bakı 5 gün əvvəl yerləşdirilib Mənbə: glorri.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Kateqoriya
Dizayn

Vəzifə haqqında

Təsvir

Əgər dizayn sahəsinə marağınız, vizual düşüncə bacarığınız və kreativ materialların hazırlanmasına həvəsiniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.

 

Vəzifə öhdəlikləri

  • Sosial media platformaları üçün kreativ və cəlbedici vizualların hazırlanması
  • BHT.AZ saytı üçün brendə uyğun dizayn materiallarının hazırlanması və mövcud vizual materialların təkmilləşdirilməsi
  • Reklam kampaniyaları və marketinq materialları üçün dizaynların hazırlanması
  • Brend standartlarına uyğun kreativ vizual həllərin hazırlanması
  • AI alətlərindən istifadə etməklə dizayn proseslərinin optimallaşdırılması

Tələblər

  • Qrafik dizayn sahəsində minimum 1 il iş təcrübəsi
  • Adobe Photoshop və Illustrator proqramlarını yaxşı səviyyədə bilməsi
  • Adobe InDesign, Figma və ya digər dizayn alətləri üzrə bilik üstünlükdür
  • Kompozisiya, rəng nəzəriyyəsi və tipoqrafiya üzrə biliklər
  • AI alətlərindən effektiv istifadə bacarığı
  • Kreativ düşüncə və müasir dizayn trendlərini izləmək bacarığı
  • Detallara diqqət və vaxtın effektiv idarə olunması
  • Komandada işləmək və güclü ünsiyyət bacarığı



Biz nə təklif edirik?

  • Dinamik və peşəkar iş mühiti
  • Turizm sektorunda maraqlı və yaradıcı layihələr üzərində işləmək imkanı
  • Peşəkar inkişaf və davamlı öyrənmə imkanları
  • Kreativ ideyaların dəstəkləndiyi və qiymətləndirildiyi komanda mühiti


Oxşar vakansiyalar

: