B B2B Group LLCB2B Group LLC

Kiçik sistem inzibatçısı

18 saat əvvəl yerləşdirilib Mənbə
İnformasiya texnologiyaları
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
6 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam ştat, 5 gün

Vəzifə öhdəlikləri:

  • Windows/Linux əməliyyat sistemlərinin quraşdırılması, yenilənməsi və nasazlıqlarının araşdırılması;
  • Microsoft Office və Outlook ilə bağlı istifadəçi problemlərini həll etmək;
  • Şirkət daxili şəbəkə, internet və VPN bağlantıları üzrə ilkin yoxlamalar aparmaq;
  • Router, switch, firewall və digər şəbəkə avadanlıqları ilə bağlı ilkin diaqnostika işlərində iştirak etmək;
  • Helpdesk müraciətlərini qeydiyyata almaq, icra etmək və statuslarını izləmək;
  • Backup və bərpa proseslərində dəstək göstərmək;
  • Server, şəbəkə, telefoniya və təhlükəsizlik sistemləri üzrə gündəlik əməliyyatlarda iştirak etmək;
  • Görülən işləri, problem həlli addımlarını və sistem dəyişikliklərini qısa, aydın və düzgün şəkildə sənədləşdirmək.

Tələblər:

  • Ali təhsil (İnformasiya texnologiyaları üzrə təhsil üstünlükdür);
  • İnformasiya texnologiyaları (İT) sahəsində minimum 1 il iş təcrübəsi;
  • Windows 10/11 əməliyyat sistemləri üzrə praktiki biliklər;
  • Kompüter avadanlıqları və periferiya qurğuları haqqında ümumi anlayış;
  • TCP/IP, DNS, DHCP və VPN kimi əsas şəbəkə anlayışları üzrə ilkin biliklər;
  • Active Directory və domen mühiti haqqında baza anlayışı;
  • Microsoft Office və Outlook ilə işləmə bacarığı;
  • Azərbaycan dili mütləqdir, rus və ingilis dili biliyi üstünlükdür;
  • Texniki problemləri ardıcıl şəkildə araşdırmaq və həll etmək;
  • Diqqətli, məsuliyyətli və öyrənməyə açıq olmaq;
  • Komanda ilə işləmək və istifadəçilərlə düzgün kommunikasiya qurmaq;
  • Əməkhaqqı: mühasibə əsasında müəyyən ediləcək.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Kiçik sistem inzibatçısı” yazaraq göndərə bilərlər.

B B2B Group LLC
B2B Group LLC

Oxşar vakansiyalar

Hamısına bax