AŞQ AQA Şirkətlər QrupuAQA Şirkətlər Qrupu

Kiçik texniki mütəxəssis

Bakı 2 ay əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

AQA Şirkətlər Qrupu "Kiçik texniki mütəxəssis" vakansiyasını elan edir.


Vəzifə öhdəlikləri:

  • Ofis və obyektlərdə aparılan təmir, texniki xidmət, yenidənqurma və quraşdırma işlərinin icrasına nəzarət etmək;
  • Gündəlik texniki tapşırıqları planlaşdırmaq, resurs bölgüsünü təşkil etmək və işlərin vaxtında yerinə yetirilməsini təmin etmək;
  • Tikinti və texniki işlərlə bağlı müvafiq normativ sənədləri hazırlamaq və sənədləşməni düzgün aparmaq;
  • Avadanlıqların düzgün və təhlükəsiz istismarını, texniki nasazlıqların qarşısının alınmasını təmin etmək;
  • Elektrik, santexnika, havalandırma, kondisioner və digər mühəndis sistemlərinin texniki baxımına nəzarət etmək;
  • Obyektlərin enerji, su, qaz və rabitə təminatında fasiləsizliyin qorunmasını təmin etmək;
  • Subpodratçılarla işin koordinasiyasını həyata keçirmək, görülən işlərin keyfiyyətini yoxlayaraq təhvil-təslim prosesində iştirak etmək;
  • Texniki iş sahələrində mühafizə və təhlükəsizlik qaydalarına uyğunluğa nəzarət etmək;
  • Tabeliyində olan texniki heyətin işini təşkil etmək və gündəlik nəzarəti həyata keçirmək;
  • Müştəri məmnuniyyətini təmin etmək məqsədilə texniki sahədə ortaya çıxan problemlərin operativ həllinə yönəlik tədbirlər görmək;
  • Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
  • Rəhbərlik tərəfindən verilmiş digər texniki və inzibati tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali təhsil (müvafiq sahədə-inşaat mühəndisi ixtisası üzrə olması üstünlükdür);
  • Vəzifənin tələbləri nəzərə alınaraq, kişi namizədlərə üstünlük verilir;
  • Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı;
  • Kompyuter bilikləri – MS Office, Autocad proqramlarını mükəmməl bilmək;
  • Analoji sahədə minimum 1 il iş təcrübəsinə malik;
  • Elektrik, santexnika və havalandırma sistemləri sahəsinə aid biliklərə sahib olmaq;
  • Komandada işləmək bacarığı.


Əlavə məlumat:

  • İş günləri: 5 günlük iş qrafiki, şənbə qısa iş günü, həftədə 1 gün istirahət günü;
  • Əmək haqqı: 1000 AZN (net)
AŞQ AQA Şirkətlər Qrupu
AQA Şirkətlər Qrupu

1994 ildən “AQA Şirkətlər Qrupu” Azərbaycanın özəl sektorunda öz şərəfli yerini tutur. Yarandığı ilk gündən etibarən həm ölkə iqtisadiyyatına, həm də şirkətə böyük dəyər qatmışdır. Bütün bunların…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et