Kimyəvi Analiz Laborantı
İş rejimi Tam ştat Kateqoriya Təhsil
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Laboratoriyaya daxil olan nümunələri qəbul etmək, qeydiyyata almaq və analiz üçün hazırlamaq;
- Kimyəvi analizlər üçün istifadə olunan cihaz, avadanlıq və laboratoriya ləvazimatlarını hazırlamaq, kalibrləmək və işlək vəziyyətdə saxlamaq;
- Laboratoriya avadanlıqlarının (tərəzilər, pH metrlər, dozatorlar, qarışdırıcılar, büretlər və s.) işlək vəziyyətini yoxlamaq, nasazlıqları aidiyyəti şəxslərə bildirmək;
- Cihazların, avadanlıqların və laboratoriya sahəsinin təmizliyini və səliqəsini təmin etmək;
- Kimyəvi reagentlərin mövcudluğunu nəzarətdə saxlamaq, çatışmazlıq yarandıqda aidiyyəti üzrə məlumat vermək;
- Müxtəlif istehsal sahələrindən daxil olan siyanid tərkibli torpaq nümunələrinin kimyəvi analizlərini aparmaq;
- Qiymətli metalların analizi üçün nümunələri müvafiq kimyəvi reagentlərdən istifadə etməklə hazırlamaq;
- Analiz nəticələrini hesablamaq, qeydiyyata almaq və laboratoriya mühəndisinə təqdim etmək;
- Kimyəvi maddələrin təhlükəsiz istifadəsi, saxlanılması və utilizasiyası qaydalarına ciddi riayət etmək;
- Laboratoriyaya daxil olan reaktivlərin və digər materialların qəbulunda, daşınmasında və yerləşdirilməsində iştirak etmək;
- Komanda üzvləri ilə əməkdaşlıq etmək, növbənin fasiləsiz davamlılığını təmin etmək və zərurət yarandıqda qarşılıqlı dəstək göstərmək;
- Laboratoriyada yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq;
- Birbaşa rəhbər tərəfindən verilən və vəzifəyə uyğun digər tapşırıqları yerinə yetirmək.
Xüsusi tələblər
- Kimya, Kimya Mühəndisliyi, Biologiya, Biotexnologiya, Mikrobiologiya, Kimya Müəllimliyi, Biologiya Müəllimliyi, Torpaqşünaslıq və Aqrokimya, Laboratoriya işi və ya əlaqəli sahə üzrə ali təhsil;
- İş təcrübəsi arzuolunandır.
- Kimyəvi analizlər və laboratoriya avadanlıqları ilə işləmək bacarığı;
- Kimyəvi maddələrlə təhlükəsiz işləmə qaydaları üzrə biliklər;
- Komanda ilə işləmək və növbəli iş rejimində fəaliyyət göstərmək bacarığı;
- Namizədlərin Gədəbəy, Qarabağ bölgəsi və yaxın bölgələrdən olması arzuolunandır;
- Məcburi köçkünlərə üstünlük veriləcəkdir;
İş şəraiti və şərtləri:
- İş yeri: Gədəbəy və Ağdərə (Dəmirli)
- İş qrafiki: Növbəli iş qrafiki
Biz təklif edirik?
- Gədəbəy və Ağdərə (Dəmirli) iş sahələri üzrə yaşayış və qidalanma təminatı;
- Tibbi sığorta;
- Rəqabətqabiliyyətli əməkhaqqı
Azerbaijan International Mining Company