Kensington Kommersiya Direktoru
18 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Müştəri xidməti
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Əsas vəzifə öhdəlikləri
- Şirkətin kommersiya strategiyasının hazırlanması və uğurla icra olunmasını təmin etmək;
- Satış, marketinq, biznesin inkişafı və müştəri münasibətlərinin idarə olunması istiqamətlərinə rəhbərlik etmək;
- Şirkətin gəlir hədəflərini formalaşdırmaq, KPI-ları müəyyən etmək və icrasına nəzarət etmək;
- Satış planlarının hazırlanmasını, icrasını və nəticələrinin mütəmadi təhlilini həyata keçirmək;
- Yeni bazarların araşdırılması, inkişaf perspektivlərinin qiymətləndirilməsi və yeni biznes imkanlarının müəyyən edilməsi;
- Yeni məhsul və xidmətlərin bazara çıxarılması prosesində iştirak etmək və kommersiya baxımından qiymətləndirmək;
- Qiymət siyasətinin hazırlanması, endirim mexanizmlərinin və kommersiya şərtlərinin formalaşdırılmasında iştirak etmək;
- Satış proqnozlarının hazırlanmasını və gəlirlərin planlaşdırılmasını təmin etmək;
- Kommersiya risklərini müəyyən etmək, təhlil etmək və risklərin idarə olunması üzrə tədbirlər həyata keçirmək;
- Rəqib şirkətlərin fəaliyyəti, bazar tendensiyaları və müştəri davranışları üzrə mütəmadi təhlillər aparmaq;
- Şirkətin digər struktur bölmələri ilə sıx əməkdaşlıq edərək ümumi biznes məqsədlərinin həyata keçirilməsini təmin etmək;
- Müntəzəm olaraq rəhbərliyə satış nəticələri, gəlirlilik, bazar göstəriciləri və kommersiya fəaliyyətinə dair hesabatlar təqdim etmək.
Namizədə tələblər
- Biznesin idarə olunması, iqtisadiyyat, marketinq, maliyyə və ya digər uyğun sahə üzrə ali təhsil;
- Kommersiya, satış, marketinq və ya biznesin inkişafı sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 3–5 il uğurlu iş təcrübəsi;
- Strateji planlaşdırma, büdcələşdirmə və kommersiya qərarlarının qəbulunda yüksək bacarıq;
- Güclü analitik təfəkkür, biznes analizləri aparmaq və məlumatlar əsasında qərar vermək bacarığı;
- Danışıqların aparılması, təqdimat və ünsiyyət bacarıqları;
- Liderlik, təşəbbüskarlıq, yüksək məsuliyyət hissi və nəticəyönümlülük;
- Azərbaycan dilində sərbəst, ingilis və rus dillərini bilmək üstünlük hesab olunur;
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yüksək səviyyədə işləmək bacarığı;
İş şəraiti
- Əmək haqqı: 5000 AZN
- İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-a kimi
Tələblərə uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində "Kommersiya Direktoru" qeyd etmələri xahiş olunur.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.

Kensington
Tikinti