AC
Avant Construction

Kommersiya işləri üzrə hesabatlılıq və analitika mütəxəssisi

15 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Maliyyə

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Layihələr üzrə kommersiya məlumatlarının toplanması, təhlili və rəhbərliyə təqdim edilməsi; 
  • Gündəlik, həftəlik və aylıq progress hesabatlarının hazırlanması və optimallaşdırılması; 
  • BOQ, müqavilə öhdəlikləri, dəyişiklik sifarişləri və faktiki xərclərin təhlilinin aparılması; 
  • Layihələrin büdcə icrasına nəzarət etmək, kənarlaşmaları müəyyənləşdirmək və təkliflər vermək; 
  • Kommersiya göstəriciləri üzrə dashboard və KPI hesabatlarının hazırlanması; 
  • Müxtəlif departamentlərlə koordinasiyalı işləyərək məlumat axınının effektivliyini təmin etmək; 
  • Kommersiya risklərinin müəyyənləşdirilməsi və onların minimallaşdırılması üçün təkliflər vermək; 
  • Yeni ERP sisteminin tətbiqi prosesində iştirak etmək, biznes tələblərinin sistemdə düzgün əks olunmasını yoxlamaq; 
  • ERP sistemində aparılan yeniliklərin, funksionallıqların və proseslərin test edilməsini həyata keçirmək;
  • ERP sisteminin kommersiya və layihə idarəetmə proseslərinə uyğunluğunu davamlı olaraq qiymətləndirmək;
  • Rəhbərlik üçün strateji qərarların qəbulunu dəstəkləyən analitik hesabatlar hazırlamaq.

Tələblər:

  • Excel üzrə yüksək səviyyədə bilik və mürəkkəb hesabatların hazırlanması bacarığı (Power Query, Power Pivot üstünlükdür); 
  • Power BI, SQL, Tableau və digər analitik alətlərlə işləmə təcrübəsi; 
  • Kommersiya, maliyyə və ya layihə idarəetməsi sahəsində minimum 1-2 il iş təcrübəsi;
  • ERP sistemləri ilə işləmə təcrübəsi;
  • Tikinti və ya infrastruktur layihələri sektorunda təcrübə — üstünlükdür.
  • Güclü analitik və strateji düşüncə qabiliyyəti; 
  • Müstəqil işləmə, prioritetlər müəyyənləşdirmə və deadline idarəetməsi;
  • Böyük həcmli məlumatların təhlili və strukturlaşdırılması bacarığı; 
  • Komanda içində mentorluq rolu üstlənmə istəyi.

Əlavə məlumat:

  • İş qrafiki: 5/2, 09:30-18:30
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək Haqqı: müsahibə əsasında təyin edilir
  • İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Kommersiya işləri üzrə hesabatlılıq və analitika mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

: