Metronet MMC Kommersiya şöbəsinin rəhbəri
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
Satış, marketinq və müştəri xidmətləri üzrə kommersiya strategiyasının hazırlanması və həyata keçirilməsi
Müştəri bazasını böyüdülməsi, böyük hesabların idarəsi və yeni bazar imkanlarının təhlili
Bazar və rəqabət analizləri aparılması, qiymət və məhsul strategiyalarının yenilənməsi
Satış və marketinq komandalarının fəaliyyətinə nəzarət edilməsi, performansın qiymətləndirilməsi
Strateji tərəfdaşlıqların qurulması və mövcud əməkdaşlıqların gücləndirilməsi
Gəlir və satış büdcəsinin planlaşdırılması, xərclərin optimallaşdırılması
Yeni məhsul və xidmətlərin inkişafında iştirak
Ticarət fəaliyyəti ilə bağlı hesabatların rəhbərliyə təqdim edilməsi
Tələblər:
Ali təhsil (İqtisadiyyat, Marketinq, Biznes İdarəçiliyi üstünlükdür)
Müvafiq sahə (İnformasiya və kommunikasiya texnologiyaları sahəsi) üzrə 5-7 il iş təcrübəsi
MS Office
Yüksək ünsiyyət qabiliyyəti
Effektiv planlama və icraetmə
Dəqiqlik, məsuliyyətli və komandada işləmək bacarığı.
İş şərtləri:
İş qrafiki: Tam iş günü (5 gün), şənbə və bazar istirahət
İş yeri – Bakı şəhəri
İş saatları: 09:00-18:00
Rəqabətə davamlı əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kommersiya şöbəsinin rəhbəri” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
