- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Təsvir
Şirkətdə compliance idarəetmə sisteminin qurulmasını, tətbiqini və davamlı inkişafını təmin etmək;
Compliance üzrə siyasət, qayda, prosedur və metodoloji sənədləri hazırlamaq, yeniləmək və aktuallığını təmin etmək;
Şirkətin fəaliyyətinin qanunvericilik, daxili normativ sənədlər və korporativ governance tələblərinə uyğunluğunu qiymətləndirmək;
Whistleblowing (etik bildiriş/məlumatvermə) mexanizmlərinin qurulmasını, tətbiqini və idarə olunmasını təmin etmək;
Daxil olan whistleblowing müraciətlərinin qeydiyyatını, ilkin qiymətləndirilməsini, araşdırılmasını və nəticələrinin izlənilməsini həyata keçirmək;
Uyğunluq risklərini identifikasiya etmək, qiymətləndirmək və monitorinq etmək;
Struktur bölmələr və biznes proseslər üzrə compliance review və thematic yoxlamalar həyata keçirmək;
Uyğunsuzluq halları, etik pozuntular və maraqlar toqquşması üzrə araşdırmalar aparmaq və nəticələr üzrə hesabatlar hazırlamaq;
Biznes proseslər üzrə compliance riskləri və nəzarət nöqtələrinin xəritələndirilməsini həyata keçirmək;
Yeni məhsul, proses və təşəbbüslər üzrə compliance risk assessment aparmaq;
Qanunvericilik və tənzimləyici tələblərdə baş verən dəyişiklikləri izləmək, təsir analizləri aparmaq və uyğunlaşdırma tədbirləri hazırlamaq;
Compliance üzrə monitorinq, dashboard və hesabatlılıq mexanizmlərini formalaşdırmaq;
Şirkətdə etik davranış, anti-fraud və compliance mədəniyyətinin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirmək;
İdarəetmə və struktur bölmələr üçün compliance üzrə metodoloji dəstək göstərmək;
Compliance üzrə fəaliyyət nəticələrinə dair hesabatlar hazırlamaq.
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibat uçotu, idarəetmə və ya hüquq sahəsi üzrə);
- Komplayns, daxili nəzarət və ya risklərin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi arzuolunandır;
- Korporativ idarəetmə, risklərin idarə olunması və komplayns sahəsində bilik və bacarıqlar;
- Siyasət, qayda və prosedurların yazılması üzrə bilik və bacarıqlar;
- Risklərin idarə olunması, komplayns, audit və digər müvafiq sahələr üzrə sertifikasiyaların olması üstünlükdür.
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmə bacarığı;
- İngilis və Rus dili bilikləri vacibdir.