PB
PASHA Bank

Kreditlərin bərpası departamentinin Rəqəmsal hard collection qrupunun Kiçik mütəxəssisi

Bakı 2 saat əvvəl yerləşdirilib Mənbə: glorri.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Kateqoriya
Maliyyə

Vəzifə haqqında

Təsvir

-      Problemli kreditlərlə iş üzrə hazırlanmış metodologiya və prosedurlara əsasən işin icrası;

-      Sonrakı bərpa proseslərinin həyata keçirilməsi (Rəqəmsal KOS və Fərdi Bankçılıq);

-      Problemli kreditlərin idarə olunması və effektiv həll yollarının tətbiqi;

-      Kreditlərin restrukturizasiyası və bərpası;

-      Ödənişi gecikdirilmiş kreditlərlə bağlı problemlərin həll edilməsi məqsədilə fəaliyyət planlarının hazırlanması və icrasında fəal iştirak;

-      Müştərilərlə mütəmadi olaraq əlaqə saxlanılması və gecikmə səbəblərinin müəyyənləşdirilməsi (bank daxili görüşlər, biznes və ev ünvanlarına baxışlar, telefon zəngləri, mesajlar və s. vasitəsilə);

-      Müştərilərin davranışlarına nəzarət və onların təhlili;

-      Problemli kreditlərin bərpası məqsədilə rəsmi bildirişlərin göndərilməsi;

-      Problemli kreditlərin bərpası prosesində restrukturizasiya planlarının hazırlanması və tətbiqi;

-      Problemli kreditlərin bərpası məqsədilə rəsmi bildirişlərin göndərilməsi üçün proseslərin başladılması;

-      Məhkəmədən kənar təminatların satışının icrası;

-      İcraatın hüquqi mərhələyə keçməsi halında mütəmadi olaraq statuslar barədə məlumatın əldə olunması;

-      Məhkəmədən kənar təminatların (aktivlərin) satışının icrası;

-      Mövcud qaydalar və prosedurlar çərçivəsində işin aparılması və konfidensiallığın qorunması;

-      Daxili normativ sənədlərlə tanışlıq və onların tələblərinə riayət olunması;

-      Komanda ilə effektiv əməkdaşlıq və müştəri yönümlü yanaşmanın təmin olunması;

-      İlkin mərhələdə müştərinin maliyyə vəziyyətinin təhlili, qiymətləndirilməsi və bərpa strategiyasının müzakirəsi;

-      Şöbənin fəaliyyətinin nəticələri barədə səlahiyyətli şəxslərə hesabat vermək (yığımla bağlı hesabat və s.);

-      Kreditlərin bərpası üzrə imkanların davamlı olaraq təkmilləşdirilməsi.

Tələblər

-      Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;

-      İş təcrübəsi: Kreditlərin bərpası, kredit (satış), risk, kredit monitorinqi, kredit anderaytinqi üzrə minimum 1il arzu olunandır;

-      Xarici dil: İngilis dili (B2 səviyyə) və ya Rus dili (B2 səviyyə);

-      Kompüter bilikləri: Microsoft Office proqramları üzrə biliklər;

-      Başqa tələblər: Güclü ünsiyyət qabiliyyəti və münaqişələrin həlli bacarıqları.

-      Stressə davamlılıq və kollektivdə işləmək bacarığı.

Oxşar vakansiyalar