Kon və Yükləyici Texnika sürücüsü
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
İstehsalat, anbar və yükləmə sahələrində materialların təhlükəsiz daşınmasını həyata keçirmək;
Joystick idarəetməli yükləyici texnikasını təhlükəsiz və səmərəli şəkildə idarə etmək;
Hazır məhsulun, xammalın və digər materialların yüklənməsi, boşaldılması və yerləşdirilməsini həyata keçirmək;
Texnikanın gündəlik texniki baxışını aparmaq və aşkar olunan nasazlıqlar barədə məlumat vermək;
Əməyin mühafizəsi, təhlükəsizlik və istehsalat qaydalarına riayət etmək.
Tələblər:
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Yükləyici texnikaların idarə olunması üzrə bilik və bacarıqlar;
Joystick idarəetməli texnikalarla işləmə təcrübəsi arzuolunandır;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Növbəli iş rejimində işləmək imkanı.
İş şəraiti:
İş qrafiki: növbəli;
İş saatı: 08:00 – 20:00;
Nahar pulu;
Servis;
Könüllü tibbi sığorta;
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
Mövzü yerinə “Kon və Yükləyici Texnika sürücüsü” yazıb [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
"AzerFloat" QSC float texnologiyası əsasında ildə 8 mln. m2 müxtəlif çeşiddə vərəqə şüşə lövhələr istehsalını həyata keçirir. 2021-ci ildən tam fəaliyyətə başlamış şirkətimiz məhsullarının 80%-ni “Karabagh Glass” brendi adı altında ixrac edərək dünya bazarında ciddi diqqət çəkmişdir. Ən müasir istehsalat və idarəetmə texnologiyaları əsasında istehsal olunan qlobal rəqabət qabiliyyətli məhsulumuz yeniliyə və inkişafa yüksək dəyər verən peşəkar komandımızın uğurudur.
“AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Müəssidə Almaniya (HORN Glass İndustries) şirkətinin texnologiyası əsasında müxtəlif çeşiddə şüşə…