OFB
Oven Food Bakery

Kontrol üzrə Mütəxəssis (Unlu məmulat istehsalı)

19 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Kateqoriya
Mühəndislik

Vəzifə haqqında

İş şəraiti

  • İş yeri: Bakı
  • İş qrafiki: 6 günlük iş həftəsi
  • İş saatı: 08:30 – 17:30
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək
  • Servis xidməti: Koroğlu Metro Stansiyası istiqamətindən servis xidməti mövcuddur

Namizədə tələblər

  • Qida mühəndisliyi, qida texnologiyası, çörəkçilik və ya əlaqəli sahə üzrə ali təhsil
  • Unlu məmulatlar, peçenye, çörək, bulkalı və dondurulmuş xəmir məhsulları istehsalı üzrə minimum iş təcrübəsi 
  • Resepturaların hazırlanması, normativləşdirilməsi və texnoloji kartların işlənməsi bacarığı 
  • Xammal sərfi, resept üzrə çıxış norması və istehsal itkilərinin (fire/faiz) hesablanmasını bilmək 
  • Planlanan və faktiki istehsal göstəricilərinin müqayisəsi və uyğunsuzluqların analiz edilməsi bacarığı 
  • İstehsal miqdar uzlaşmaları (plan–fakt uyğunluğu), material balansı və məhsul çıxışı üzrə hesabatların aparılması bacarığı 
  • Texnoloji proses parametrlərinə (temperatur, rütubət, bişirmə müddəti, məhsul çəkisi, çıxış faizi və s.) nəzarət bacarığı 
  • Məhsul resepturalarında dəyişiklik zamanı texnoloji risklərin və maya dəyərinə təsirin qiymətləndirilməsi bacarığı 
  • İstehsal firelərinin səbəblərinin araşdırılması və azaldılması üzrə tədbirlər hazırlamaq bacarığı 
  • Keyfiyyət göstəricilərinin (struktur, tekstura, xırtıldılıq, nəmlik, görünüş və s.) istehsalat üzrə monitorinqini aparmaq 
  • Excel proqramında hesabat, formul və istehsal analizləri aparmaq bacarığı üstünlükdür 
  • GMP, sanitariya və qida təhlükəsizliyi prinsipləri barədə biliklər 
  • Xanım və bəy namizədlər müraciət edə bilər 
  • Zərurət yarandıqda gecə növbəsində istehsalat yoxlamalarında iştirak edə bilməli 

Əsas vəzifələr

  • Resepturaların texnoloji uyğunluğunu və istehsalda düzgün tətbiqini yoxlamaq 
  • Planlanan və reallaşan istehsal miqdarları üzrə gündəlik müqayisələr aparmaq 
  • İstehsal firelərini, çəki itkisini, çıxış faizlərini və məhsul sərfiyyatını analiz etmək 
  • İstehsal miqdar uzlaşmaları (plan–fakt uyğunluğu) üzrə hesabatlar hazırlamaq 
  • Texnoloji uyğunsuzluqlar və normadan kənarlaşmalar üzrə hesabat hazırlamaq 
  • İstehsal prosesində məhsul keyfiyyətinin stabilliyini təmin etmək 
  • Yeni məhsul və resepturaların sınaq istehsalında iştirak etmək 
  • Xammal sərfiyyatı və məhsul çıxış normativlərinə nəzarət etmək 
  • İstehsal prosesində texnoloji parametrlərə və resept üzrə uyğunluğa nəzarət etmək 
  • Məhsul keyfiyyətinə təsir edən uyğunsuzluqları müəyyən etmək və rəhbərliyə məlumat vermək

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

: