Azərbaycan Robotexnika Mühəndisliyi MMC Kopirayter
İş rejimi Tam ştat Kateqoriya Marketinq
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Şirkətin sosial media hesabları üçün mətnlərin hazırlanması;
- Daşınmaz əmlak layihələri, mənzillər və kommersiya obyektləri üzrə reklam mətnlərinin yazılması;
- Sayt, kataloq, təqdimat və digər marketinq materialları üçün kontentin hazırlanması;
- Reklam kampaniyaları üçün kreativ sloqan və ideyaların yaradılması;
- Mətbuatda, sosial şəbəkələrdə və digər informasiya kanallarında paylaşılacaq məzmunun hazırlanması;
- Kontentin Azərbaycan dili normalarına uyğunluğunun təmin edilməsi;
- Marketinq komandası ilə sıx əməkdaşlıq edərək satış yönümlü məzmunun hazırlanması.
Təklif edirik:
- 5 günlük iş qrafiki;
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Karyera inkişafı imkanları;
- Peşəkar və dinamik iş mühiti;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.
Xüsusi tələblər
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
- Kopiraytinq, jurnalistika, marketinq və ya əlaqəli sahədə iş təcrübəsi;
- Yaradıcılıq qabiliyyəti və güclü yazılı ünsiyyət bacarıqları;
- Sosial media və rəqəmsal marketinq üzrə əsas biliklər;
- Daşınmaz əmlak sahəsində təcrübə üstünlük hesab olunur;
- Məsuliyyətli, operativ və komandada işləmək bacarığı.

Azərbaycan Robotexnika Mühəndisliyi MMC