VB
VTB Bank
Korporativ müştərilərlə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Təsvir
- Biznes müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması;
- Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi;
- Digər bank məhsullarını bilmək və onları öz potensial müştərilərinə tövsiyyə etmək, müştərinin məhsullarla maraqlandığı təqdirdə onu həmin məhsul üzrə məsul mütəxəssisin müvafiq departamentinə müşaiyət etmək;
- Mövcud biznes müştərilər üzrə məlumatlar bazasının formalaşdırılmasında, zəruri hesabatların hazırlanmasında iştirak;
- Biznesin olduğu yerə baxış keçirilməklə və maliyyə-təsərrüfat fəaliyyəti qiymətləndirilməklə potensial müştərilərin maliyyə-iqtisadi təhlilinin aparılması;
- Kreditin verilməsi barədə qərara təsir göstərən risk və digər neqativ amillərin qiymətləndirilməsi;
- Gecikmədə olan kreditlərin həlli istiqamətində mövcud prosedur və qaydalar çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi;
- Kreditlərin verilməsi və qeyri-kredit məhsullarının satışı üzrə fərdi planları yerinə yetirmək;
- Təsdiq olunmuş qaydada, digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə, kreditin verilməsi barədə qərar qəbul edilməsi üçün rəyin hazırlanması;
- Kreditin verilməsi haqqında qərar barəsində borcalanın məlumatlandırılması;
- Kredit portfeli üzrə zəruri hesabatların hazırlanması;
- Departament üzrə təyin edilmiş fəaliyyət göstəricilərinin icrası.
Tələblər
- Ali təhsil;
- İş təcrübəsi - Bank sahəsində minimum 1 il;
- Ünsiyyət qurmaq və satış bacarığı;
- Riyazi biliklər;
- Komandada işləmək bacarığı.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.