Hikvision CO MMCHikvision CO MMC

Korporativ satış meneceri

19 saat əvvəl yerləşdirilib Mənbə
Müştəri xidməti
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
31 iyul 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Böyüyən komandamız üçün yeni əməkdaş axtarırıq.

İş barədə məlumat:

  • Müştərilərlə əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması
  • Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili
  • Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması

İş şəraiti

  • İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
  • Həftə içi 5 iş günü saat 10:00-dan - 19:00-dək ( şənbə günü növbəli və  qısa iş günüdür)
  • Əmək haqqı: Müsahibə əsasında (artan əmək haqqı + yüksək bonus)
  • Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil: İT, iqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq ixtisasları üzrə təhsil arzuolunandır
  • İş təcrübəsi: Satış sahəsi üzrə minimum 3 il iş təcrübəsi (İT və videomüşahidə kamera sistemləri satışı sahəsində təcrübə üstünlükdür)
  • MS Office, CRM və digər müvafiq proqramlarda istifadə təcrübəsi
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
  • Rus dili (Əla) , İngilis dili (arzu olunan)
  • Satış sahəsinin nəzəri və praktiki bilikləri.
  • Yaş: 24 – 35

Biz təklif edirik:

  • Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
  • Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
  • Peşəkar və karyera yüksəlişi üçün imkanlar
  • Rəqabətli əmək haqqı və müavinətlər paketi
  • Yeni ideya və yanaşmalara açıq mühit

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Korporativ satış meneceri” qeyd etməklə göndərmələri xahiş olunur

Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
Hikvision CO MMC
Hikvision CO MMC

"Hikvision Co” MMC 2013-ci ildən kommersiya, dövlət və sənaye obyektləri üçün təhlükəsizlik sistemlərinin layihələndirilməsi, quraşdırılmasını və texniki dəstəyi üzrə fəaliyyət göstərir. Şirkət…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et