HRENGINEERING MMC Korporativ Satış Rəhbəri
17 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Müştəri xidməti
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
- Yeni korporativ müştərilərin tapılması və satış portfelinin genişləndirilməsi
- Satış komandasının idarə edilməsi
- Şirkətlərə kartla ödəniş həllərinin təklifi: POS-terminal, onlayn ödəniş sistemi
- Korporativ yemək kartlarının satışı: Şirkətlərin işçiləri üçün yemək kartı məhsullarının təqdimatı
- Banklar və iri şirkətlərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi
- Müştəri ehtiyaclarının təhlili, kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması
- Müştərilərlə görüşlərin və satış danışıqlarının keçirilməsi
- Müştərinin sistemə qoşulması prosesinin koordinasiya olunması
- Satış prosesinin CRM sistemi üzərindən idarə edilməsi
Tələblər:
- B2B satış sahəsində minimum 5 il, rəhbər pozisiyalarda minimum 3 il iş təcrübəsi
- Bankçılıq, ödəniş sistemləri və ya fintech sahəsində iş təcrübəsi mütləqdir
- Komandanı idarə etmək bacarığı
- Korporativ müştərilərlə işləmək və yeni biznes əlaqələri qurmaq bacarığı
- CRM sistemləri ilə işləmək bacarığı
- Güclü ünsiyyət, təqdimat və satış danışıqlarının bacarığı
- Nəticəyönümlü, təşəbbüskar və planlı iş prinsipi
- Azərbaycan dilini sərbəst bilmək
- Rus və İngilis dili biliyi üstünlükdür. Şirkət tərəfindən dil bacarıqlarının inkişafı dəstəklənir
Biz sizə təklif edirik:
- 2000 AZN net əmək haqqı
- Performansa əsaslanan bonus və satışdan faiz
- 3 aylıq satış hədəflərinin icrasına uyğun əlavə mükafatlandırma
- Böyük korporativ şirkətlərlə əməkdaşlıq etmək və güclü biznes əlaqələri qurmaq imkanı
- Peşəkar satış komandasında inkişaf və karyera yüksəlişi perspektivi
- Korporativ telefon nömrəsi ilə təminat
- Təhsil və idman xərclərinin dəstəklənməsi
- Tibbi sığorta
CV-nizi mövzu hissəsində "Korporativ Satış Rəhbəri" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
H 

HRENGINEERING MMC