Kreativ üzrə Menecer
Vəzifə haqqında
Əsas iş öhdəlikləri
Marketinq strategiyasına uyğun kreativ konseptlər, kampaniya ideyaları və kommunikasiya həlləri hazırlamaq və idarə etmək.
Sosial media, rəqəmsal platformalar, mağazadaxili kommunikasiya və digər kanallar üzrə kontent istiqamətlərini və planlarını formalaşdırmaq.
Reklam mətnləri, kampaniya sloqanları, kreativ briflər, video ssenariləri və əsas kommunikasiya mesajlarını hazırlamaq.
Foto və video çəkilişlərini, post-prodakşn prosesini, daxili komanda və tərəfdaş agentliklərin işini koordinasiya etmək.
Brendin vizual kimliyinin və kommunikasiya üslubunun bütün platformalarda vahid qorunmasını təmin etmək.
Yerli və beynəlxalq trendləri, viral və guerrilla marketinq imkanlarını, influencer əməkdaşlıqlarını araşdırmaq və uyğun ideyaları tətbiq etmək.
Kreativ layihələrin prioritetlərini, vaxt qrafikini və resurslarını planlaşdırmaq, eyni vaxtda bir neçə layihənin icrasına nəzarət etmək.
Kampaniya və kontent nəticələrini təhlil etmək, növbəti layihələr üçün inkişaf təklifləri hazırlamaq və digər marketinq funksiyaları ilə koordinasiyalı işləmək.
Namizədə əsas tələblər
Kreativ strategiya, brend kommunikasiyası, kontent və ya reklam sahəsində ən azı 3-4 il iş təcrübəsi; layihə və ya komanda idarəetməsi təcrübəsi üstünlükdür.
Rəqəmsal, sosial media, video, çap və mağazadaxili layihələri əhatə edən güclü portfolio.
Kreativ ideyanı aydın brifə, mətnə, sloqana, ssenariyə və icra planına çevirmək bacarığı.
Brend standartları, foto-video istehsalı və müasir kontent formatları üzrə praktik bilik.
Güclü layihə, vaxt və prioritet idarəetməsi; komanda, agentlik və tərəfdaşlarla effektiv ünsiyyət bacarığı.
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət, ingilis dilində peşəkar mənbələrlə işləmək bacarığı;
Retail, FMCG, kosmetika və ya agentlik təcrübəsi, həmçinin süni intellekt əsaslı kreativ alətlərlə işləmək bacarığı üstünlükdür.
Digər məlumatlar:
Nahar və servis ilə təmin edilmə
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
5 günlük tam iş qrafiki
Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Kreativ üzrə Menecer” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz…