QUK
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Səhiyyə
Vəzifə haqqında
Təsvir
Vəzifə öhdəliklər:
- Xəstələrdən götürülən qan, sidik və digər biomaterial nümunələrini qəbul etmək, qeydiyyata almaq və laborator müayinəyə hazırlamaq.
- Laborator müayinələri təsdiq edilmiş metodika, təlimat və standartlara uyğun şəkildə həyata keçirmək.
- Hematoloji, biokimyəvi, immunoloji, seroloji, mikrobioloji və digər laborator analizlərin aparılmasında iştirak etmək.
- Analiz nəticələrinin düzgünlüyünü yoxlamaq, nəticələri laborator informasiya sisteminə daxil etmək və aidiyyəti üzrə təqdim etmək.
- Laborator avadanlıqlarının, cihazların və alətlərin düzgün istifadəsini, gündəlik texniki baxışını və işlək vəziyyətdə saxlanılmasını təmin etmək.
- Reaktivlərin, test sistemlərinin və laborator sərf materiallarının saxlanma şəraitinə və istifadə müddətinə nəzarət etmək.
- Laboratoriyada sanitariya-gigiyena, sterilizasiya, dezinfeksiya və infeksion təhlükəsizlik qaydalarına riayət etmək.
- Biomaterialların düzgün saxlanılmasını, daşınmasını və tibbi tullantıların müvafiq qaydalara uyğun utilizasiyasını təmin etmək.
- Daxili keyfiyyətə nəzarət prosedurlarında iştirak etmək və laborator xidmətin keyfiyyət standartlarına əməl etmək.
- Təcili laborator analizlərin operativ və prioritet qaydada icrasını təmin etmək.
- Laborator sənədləşməni, qeydiyyat jurnallarını və hesabatları müəyyən edilmiş qaydada aparmaq.
- Laboratoriyada istifadə olunan avadanlıq və materialların inventar uçotunda iştirak etmək.
- Həkim-laborant, həkimlər və digər tibbi heyətlə koordinasiyalı şəkildə fəaliyyət göstərmək.
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
- Rəhbərlik tərəfindən verilən və vəzifə fəaliyyəti ilə əlaqəli digər tapşırıqları icra etmək.
- Növbəli iş qrafikində işləməyə hazır olmaq.
Tələblər
Namizədə tələblər:
- Sahəsi üzrə ali təhsil və ya orta ixtisas mütləqdir.
- Minimum 2 il iş təcrübəsi.
- Laboratoriya analizləri və tibbi müayinə prosesləri barədə nəzəri və praktiki biliklərə sahib olmalıdır.
- Laborator avadanlıqları və analiz cihazları ilə işləmə bacarığı olmalıdır.
- Diqqətli, məsuliyyətli və dəqiq işləmə qabiliyyətinə malik olmalıdır.
- Sanitariya-gigiyena, sterilizasiya və infeksion təhlükəsizlik qaydalarını bilməlidir.
- Biomateriallarla düzgün işləmək və analiz nəticələrinin məxfiliyini qorumaq bacarığı olmalıdır.
- Operativ qərarvermə və problem həll etmə bacarığına malik olmalıdır.
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı olmalıdır.
- Tibbi sənədləşmə və laborator informasiya sistemləri ilə işləmə bacarığı olmalıdır.
- Gərgin və növbəli iş rejimində işləməyə hazır olmalıdır.
- Peşəkar etik davranış qaydalarına riayət etməli və pasiyentlərə qarşı həssas yanaşmalıdır.