A AzərşəkərAzərşəkər

Laboratoriya üzrə menecer (Oğuz)

Oğuz 1 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 5 ildən çox Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • ISO/IEC 17025 standartının tələblərini bilməli; 
  • Laboratoriyanın fəaliyyət sahəsi üzrə qüvvədə olan qanunvericiliyi, normativ sənədləri, metodiki göstərişləri və sınaq metodlarını bilməli; 
  • Kimyəvi reagentlər, məhlullar və laboratoriya preparatlarından təhlükəsiz istifadə qaydalarını bilməli; 
  • Laboratoriya avadanlıqları, ölçü cihazları və analiz qurğularının işləmə prinsiplərini və istismar qaydalarını bilməli; 
  • Laboratoriya analizlərinin planlaşdırılması, təşkili və nəticələrinin qiymətləndirilməsi sahəsində biliklərə malik olmalı; 
  • Laboratoriyada keyfiyyət təminatı və keyfiyyətə nəzarət (QA/QC) prinsiplərini bilməli; 
  • Laboratoriya sənədlərinin hazırlanması və idarə olunmasını bilməli; 
  • Kalibrləmə, verifikasiya və cihazların texniki xidmət proseslərini bilməli; 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və kimyəvi təhlükəsizlik qaydalarını bilməli; 
  • MS Office proqramlarını və laboratoriya məlumatlarının idarə edilməsi sistemlərini (LIMS və ya 1C/ERP) istifadə etməyi bacarmalı.

Xüsusi tələblər

  • Ali təhsil (Kimya, Kimya mühəndisliyi, Qida mühəndisliyi, Biologiya və ya digər uyğun ixtisas); 
  • ISO/IEC 17025 standartı üzrə bilik və ya sertifikat; 
  • Laboratoriya sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi; 
  • Laboratoriya avadanlıqları və müasir analiz metodları ilə işləmək bacarığı; 
  • Analitik düşünmə və problemlərin həlli bacarığı; 
  • Komandanın idarə olunması və işin təşkili bacarığı; 
  • Rus və ingilis dillərində işgüzar ünsiyyət bacarığı; 
  • MS Office və 1C/ERP (və ya LIMS) proqramlarından sərbəst istifadə bacarığı.


Maraqlanan şəxslər öz CV formalarını "Laboratoriya üzrə menecer (Oğuz)" başlığı ilə [email protected] elektron poçt ünvanına 10.08.2026 tarixinə qədər göndərə bilərlər.

Müraciət etmək üçün: [email protected]
A Azərşəkər
Azərşəkər

Oxşar vakansiyalar

Hamısına bax