Layihə Meneceri
Vəzifə haqqında
Bebio — Azərbaycanın ilk müasir valideyn platforması üçün Layihə Meneceri axtarırıq. Bu rol biznesin böyüməsinin mərkəzindədir: vendor şəbəkəsini genişləndirmək, satış danışıqları aparmaq və müqavilələri bağlamaq. Yüksək enerjili, IT sahəsini başa düşən, özünü inkişafa həsr etmiş bir xanim peşəkarı axtarırıq.
Ali təhsil — biznes, marketinq, menecment, IT və ya əlaqəli sahə
Layihə idarəetmə sertifikatı (PMP, Scrum) üstünlük sayılır
Müraciətlər yalnız www.bebio.az saytından qəbul olunur.
Öhdəliklər
Layihənin gündəlik əməliyyatlarını idarə etmək
Potensial vendor və tərəfdaşlarla əlaqə qurmaq, görüşlər təşkil etmək
Satış təqdimatları hazırlamaq və vendorlara peşəkar pitch keçirmək
Müqavilə danışıqları aparmaq və imzalanmasını təmin etmək
Mövcud vendor münasibətlərini idarə etmək və inkişaf etdirmək
Komanda ilə sıx əməkdaşlıq etmək, həftəlik hesabatlar hazırlamaq
Valideynlik, ana-uşaq mövzularına maraq və yaxınlıq
Bazar araşdırması aparmaq, rəqibəri izləmək
Sosial media və marketinq kanallarının dəstəklənməsi
Tələblər
IT/texnologiya sahəsini başa düşmək və rəqəmsal məhsullara maraq
Güclü yazılı və şifahi kommunikasiya bacarıqları
Satış, danışıq aparma və müştəri münasibətlərini idarəetmə təcrübəsi
Müstəqil işləmək, vaxtı effektiv idarə etmək qabiliyyəti
Yüksək motivasiya, enerji və nəticəyönümlü düşüncə tərzi
Azərbaycan dilini mükəmməl bilmək; rus, ingilis dili güclü üstünlükdür