Layihə Meneceri (Project Manager)
İş rejimi Tam ştat Təcrübə 1–3 il Kateqoriya Logistika
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
İş barədə məlumat:
Layihələrin müqavilə mərhələsindən təhvil verilməsinə qədər tam idarə olunması;Layihələrin icra planının hazırlanması, iş qrafikinin tərtib edilməsi və icrasına nəzarət;
Mühəndislər, montaj briqadaları, satınalma, logistika və digər aidiyyəti şöbələrin fəaliyyətinin koordinasiyası;
Avadanlıqların və materialların vaxtında təchizatına nəzarət;
Sifarişçilərlə müntəzəm görüşlərin keçirilməsi, layihənin gedişi barədə məlumatlandırma;
Obyektlərdə görülən montaj və sazlama işlərinə nəzarət;
Layihə üzrə texniki və inzibati sənədlərin hazırlanması və idarə olunması;
Müqavilə şərtlərinin və layihə büdcəsinin icrasına nəzarət;
Layihə zamanı yaranan problemlərin operativ şəkildə həll edilməsi;
Layihənin uğurla təhvil verilməsi və yekun sənədləşmənin təmin edilməsi.
Şirkət təklif edir:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
Rəqabətqabiliyyətli əməkhaqqı;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Müasir və rahat iş mühiti;
Peşəkar və dinamik komandada çalışma imkanı.
Tələblər:
Təhsil : Aliİş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : minimum 21
Ali təhsil (texniki, mühəndislik, tikinti və ya layihələrin idarə olunması üzrə);
Layihə meneceri vəzifəsində minimum 2 il iş təcrübəsi;
Təhlükəsizlik sistemləri, telekommunikasiya, zəif cərəyan sistemləri və ya tikinti sahəsində təcrübə üstünlük hesab olunur;
Layihələrin idarə olunması prinsiplərini və mərhələlərini bilmək;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Bitrix24, Microsoft Project və ya digər layihə idarəetmə proqramlarında iş təcrübəsi üstünlükdür;
Texniki layihələri və çertyojları oxuma bacarığı;
Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili biliyi üstünlükdür.
Şəxsi keyfiyyətlər:
Məsuliyyətli və intizamlı;
Güclü liderlik və təşkilatçılıq bacarığı;
Analitik düşüncə tərzi;
Operativ qərarvermə bacarığı;
Stressə davamlılıq;
Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
CV-ləri whatsapp və mail ünvanına təqdim etməyiniz xahiş olunur
T
Telcon MMC