COC Crystal Group of CompaniesCrystal Group of Companies

Layihə Rəhbəri

12 saat əvvəl yerləşdirilib Mənbə
İnsan resursları
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
26 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İş yeri: Zəngilan şəhəri

Vəzifə öhdəlikləri:

  • Tikinti layihələrinin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək;
  • Layihənin vaxtında, keyfiyyət standartlarına və təsdiq olunmuş büdcəyə uyğun icrasını təmin etmək;
  • Podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək və iş prosesinə nəzarət etmək;
  • Tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə uyğun aparılmasını təmin etmək;
  • Layihənin icrası ilə bağlı hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik və tikinti normalarının tələblərinə riayət olunmasına nəzarət etmək.

Tələblər:

  • Ali təhsil (İnşaat mühəndisliyi ixtisası üzrə);
  • Tikinti sahəsində minimum 10 il iş təcrübəsi;
  • Minimum 5 il Layihə Rəhbəri vəzifəsində iş təcrübəsi;
  • Çoxmərtəbəli yaşayış və digər bina tikintisi layihələrində iş təcrübəsi mütləqdir;
  • Tikinti norma və qaydalarını, layihə-smeta sənədlərini və texniki sənədlərlə işləmə prinsiplərini yaxşı bilmək;
  • MS Office proqramlarında sərbəst işləmək;
  • Güclü liderlik, təşkilatçılıq, analitik düşünmə və qərarvermə bacarığı.

CV-lərinizi mövzu hissəsində "Layihə Rəhbəri – Zəngilan" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

COC Crystal Group of Companies
Crystal Group of Companies

Oxşar vakansiyalar

Hamısına bax