Ferramenta Italia Layihə Satışları üzrə Menecer (B2B) / Project Sales Manager
17 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Müştəri xidməti
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri
- B2B seqmentində yeni müştərilərin aktiv axtarışı və cəlb edilməsi;
- Şirkətin məhsullarının layihə rəhbərlərinə və texniki mütəxəssislərə təqdim olunması;
- Mövcud müştəri bazasının idarə olunması və inkişaf etdirilməsi;
- Potensial tikinti layihələrinin müəyyən edilməsi və layihələrin satış prosesində iştirak;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim olunması;
- Bazarın, rəqiblərin və yeni layihələrin daimi monitorinqi;
Aşağıdakı tərəfdaşlarla əməkdaşlığın qurulması və inkişaf etdirilməsi:
- qapı istehsalçıları;
- tikinti şirkətləri;
- developer və inşaat şirkətləri;
- memarlıq və dizayn büroları;
- baş podratçı şirkətlər;
Namizədə tələblər
- Kişi namizəd;
- Yaş: 30–35;
- Ali təhsil;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı;
- B2B satış sahəsində minimum 3 il iş təcrübəsi;
- Tikinti sektoru, qapı biznesi, mebel və ya qapı furniturası, tikinti materialları sahəsində təcrübə üstünlük hesab olunur;
- Şirkət rəhbərləri və qərar qəbul edən şəxslərlə uğurlu danışıqlar aparmaq bacarığı;
- Yüksək səviyyədə təqdimat və ünsiyyət bacarıqları;
- Aktiv və təşəbbüskar yanaşma;
- Şəxsi avtomobilin olması mütləqdir;
- MS Office proqramlarında (Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı.
İş şəraiti
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Sabit əmək haqqı + satış nəticələrinə əsaslanan bonus sistemi;
- Azərbaycanın mebel və qapı furniturası bazarında lider şirkətlərindən birində çalışma imkanı;
- Avropanın aparıcı brendləri üzrə məhsul təlimləri;
- Peşəkar və karyera inkişafı imkanları;
- Mobil rabitə və nəqliyyat xərclərinin kompensasiyası
İş vaxtının bölgüsü:
- 80% müştəri görüşləri və sahə işi;
- 20% ofis və hesabat fəaliyyəti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Ferramenta Italia