North West Layihəçi Memar
21 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə Öhdəlikləri
- Memarlıq ixtisası üzrə ali təhsil;
- Layihəçi memar kimi minimum 7–8 il iş təcrübəsi;
- Eskiz və işçi layihələrin Azərbaycan Respublikasında qüvvədə olan tikinti norma və qaydalarına uyğun hazırlanmasında yüksək təcrübə (mütləq şərt);
- Müxtəlif funksiyalı layihələrin СНиП, СП, AzDTN və digər müvafiq normativ sənədlərə uyğun layihələndirilmə təcrübəsi;
- İri miqyaslı mülki və sənaye təyinatlı binaların layihələndirilməsi sahəsində təcrübə;
- Layihələrin Dövlət Ekspertiza qurumlarından keçirilməsi, həmçinin icra mərhələsində müəllif nəzarətinin aparılmasında aktiv iştiraki
- Layihənin digər bölmələri ilə koordinasiyalı şəkildə işləmək, planlaşdırma və texniki uyğunluğu təmin etmək bacarığı;
- Müxtəlif ixtisaslaşdırılmış layihə komandaları arasında informasiya axınının effektiv təşkili;
- Tikinti materialları, texnologiyalar və quraşdırma prosesləri üzrə biliklər;
- Çap və təqdimat mərhələsindən öncə sənədlərin СНиП, СП, AzDTN və digər müvafiq normativ tələblərinə uyğunluğun yoxlanılması və təmin edilməsi;
- Layihə sənədləri əsasında texniki spesifikasiyaların və həcmlərin dəqiq hesablanması;
- Layihənin müxtəlif mərhələlərində (eskiz, ilkin təklif, işçi və icra mərhələləri) həcmlərin müvafiq formatda hazırlanması bacarığı.
- Vaxtında və keyfiyyətli nəticə göstərmək bacarığı vacibdir
Tələblər
- Revit proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Qrafika uyğun işləmək və təyin olunmuş dealine-lara riayyət etmək
- Gərgin iş şəraitində və qısa müddətli tapşırıqlarda effektiv fəaliyyət göstəmək bacarığı
- Stressa davamlılıq və Yüksək Məsuliyyət hissi
- Yaradıcı düşüncə, detallara diqqət və təşəbüskarlıq
Qeydlər:
- Peşəkar və dinamik kollektivdə inkişaf yönümlü iş mühitində əməkdaşlıq
- Komanda işi və qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlıq mədəniyyati
- Tapşırıqların yerinə yetirilməsində müvafiq iş çərçivələrinə riayət edərək səmərəli və keyfiyyətli iş icrası
- Şirkətin iş qaydalarına və prosedurlarına hörmətlə yanaşması
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Layihəçi memar” başlığı ilə göndərməklə edə bilərsiniz.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
NW 

North West
Tikinti
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət…