FM Facility Management GroupFacility Management Group

Layihələrin xərc idarəetməsi üzrə mütəxəssis (Quantity Surveyor)

Bakı 3 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

Biz daşınmaz əmlakın inkişafı, satışı, icarəsi, əmlakın idarə olunması, texniki xidmət, təmizlik, təhlükəsizlik və müştəri xidmətləri sahələrində fəaliyyət göstərən aparıcı daşınmaz əmlak şirkətlərindən biriyik. Artan layihə portfelimiz çərçivəsində tikinti layihələrinin maliyyə və kommersiya idarəetməsini təmin edəcək Layihələrin xərc idarəetməsi üzrə mütəxəssis (Quantity Surveyor) axtarırıq.


Bu vəzifə layihələrin planlaşdırılmasından yekun hesablaşmalara qədər bütün mərhələlər üzrə xərc planlaşdırılması, büdcəyə nəzarət, satınalma proseslərinin dəstəklənməsi, müqavilələrin kommersiya baxımından idarə olunması və layihələrin maliyyə səmərəliliyinin təmin edilməsinə cavabdeh olacaq.


Bu rol xərc idarəetməsi, kommersiya yanaşması, müqavilələrin idarə olunması, analitik düşüncə və maraqlı tərəflərlə effektiv əməkdaşlıq bacarıqlarının vəhdətini tələb edir.


Əsas öhdəliklər:


Xərc planlaşdırılması və büdcənin idarə olunması

  • Layihələr üzrə xərc smetalarını, büdcələri və maliyyə proqnozlarını hazırlamaq.
  • Layihənin bütün mərhələləri üzrə büdcənin icrasını izləmək və maliyyə intizamının qorunmasını təmin etmək.
  • Xərclərin optimallaşdırılması və layihənin dəyərinin artırılması istiqamətində təkliflər hazırlamaq.
  • Layihələrin maliyyə göstəricilərini təhlil etmək və mümkün riskləri əvvəlcədən müəyyənləşdirmək.
  • Layihə qərarlarının maliyyə təsirini qiymətləndirmək.


Tender və satınalma proseslərinin dəstəklənməsi

  • Həcm hesablamalarını və xərc hesablamalarını hazırlamaq
  • Tender sənədlərinin hazırlanmasında iştirak etmək.
  • Təklifləri kommersiya baxımından qiymətləndirmək və müqayisəli təhlillər aparmaq.
  • Satınalma proseslərində optimal maliyyə nəticəsinin əldə olunmasına dəstək vermək.


Müqavilələrin və kommersiya proseslərinin idarə olunması

  • Tikinti müqavilələrinin maliyyə və kommersiya baxımından icrasına nəzarət etmək.
  • Layihənin icrası zamanı yaranan iş həcmi dəyişikliklərinin və əlavə xərc tələb edən işlərin maliyyə təsirini qiymətləndirmək.
  • Podratçıların aralıq ödəniş sənədlərini yoxlamaq və ödənişlərin təsdiqi prosesini dəstəkləmək.
  • Layihənin yekun hesablaşmalarının hazırlanmasında iştirak etmək.
  • Kommersiya və müqavilə risklərini müəyyən etmək və onların idarə olunmasına dəstək vermək.


Xərc nəzarəti və hesabatlılıq

  • Faktiki xərcləri təsdiq edilmiş büdcə və proqnozlarla müqayisə etmək.
  • Rəhbərlik üçün mütəmadi maliyyə və kommersiya hesabatları hazırlamaq.
  • Büdcə kənarlaşmalarını təhlil etmək və müvafiq inkişaf tədbirləri görmək.
  • Layihə üzrə maliyyə sənədlərinin düzgün və aktual saxlanılmasını təmin etmək.


Maraqlı tərəflərlə əməkdaşlıq

  • Layihələrin idarə olunması, mühəndislik, satınalma, maliyyə və hüquq komandaları ilə sıx əməkdaşlıq etmək.
  • Podratçılar və digər tərəfdaşlarla kommersiya məsələləri üzrə koordinasiyanı təmin etmək.
  • Layihə qərarlarının maliyyə və kommersiya baxımından əsaslandırılmasına dəstək vermək.

Tələblər

  • Mühəndislik, tikinti idarəetməsi, iqtisadiyyat və ya digər müvafiq ixtisas üzrə bakalavr təhsili.
  • Layihələrin xərc idarəetməsi (Quantity Surveying), xərc planlaşdırılması, kommersiya idarəetməsi və ya tikinti layihələrinin büdcə idarəetməsi sahəsində minimum 5 il iş təcrübəsi.
  • Fit-out və MEP (Mechanical, Electrical & Plumbing) layihələri üzrə smeta hazırlanması, xərc hesablamaları və büdcə idarəetməsi sahəsində praktiki təcrübə.
  • Tikinti layihələri üzrə büdcələşdirmə, smeta hazırlanması, tender prosesləri, müqavilələrin idarə olunması və xərc nəzarəti sahəsində praktiki təcrübə.
  • BOQ (bill of quantities), xərc hesablamaları və tender sənədlərinin hazırlanması üzrə bilik və təcrübə.
  • Tikinti müqavilələrinin idarə olunması və layihələr üzrə maliyyə risklərinin qiymətləndirilməsi sahəsində biliklər.
  • Güclü analitik düşünmə, maliyyə təhlili, danışıqların aparılması və problem həll etmə bacarıqları.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
FM Facility Management Group
Facility Management Group

Facility Management Group ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir. Missiyamız Daşınmaz…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et