PRE
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Dizayn
Vəzifə haqqında
Təsvir
- Shop Drawings və As-Built mərhələləri daxil olmaqla, memarlıq çertyojlarının yekun versiyaya hazırlanmasına rəhbərlik etmək və koordinasiya etmək
- Memarlıq işlərini müxtəlif sahələr üzrə (memarlar, mühəndislər, konsultantlar) nəzarət etmək və əlaqələndirmək
- Memarlıq komandası üçün həftəlik və aylıq fəaliyyət hesabatlarını hazırlamaq və təqdim etmək
- Tədqiqatlar, funksional tələblər və tikinti qaydalarına əsaslanaraq binaların planlanması və dizaynını həyata keçirmək
- Layihəyə uyğun dizayn parametrlərini müəyyən etmək: məkan əlaqələri, materiallar, avadanlıqlar və bitirmə işləri (finishes)
- Layihə planını hazırlamaq və mühəndis sistemlərini vahid dizayn çərçivəsində inteqrasiya etmək
- Sahəyə mütəmadi baxışlar (site visits) həyata keçirərək icranın təsdiqlənmiş planlara və memarlıq konseptinə uyğunluğunu yoxlamaq
- Təklif olunan dizayn dəyişikliklərini və variasiyaları nəzərdən keçirmək, təsdiq və ya imtina ilə bağlı rəy vermək
- Bütün memarlıq dizayn təqdimatlarının koordinasiyasını və keyfiyyət nəzarətini idarə etmək
- Təyin olunmuş memarlıq materialları və bitirmə elementlərinin satınalma prosesinə rəhbərlik etmək
Tələblər
TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR
Təhsil:
- Memarlıq üzrə bakalavr və ya magistr dərəcəsi
Xüsusi ixtisas sahələri:
- Memarlıq dizaynının idarə olunması
- Tikinti detallarının hazırlanması (construction detailing)
- Shop Drawings hazırlanması
- Fənlərarası (interdisciplinary) koordinasiya
İş təcrübəsi:
- Memarlıq dizaynı və sahə koordinasiyası üzrə minimum 7–10 il iş təcrübəsi
Dil və kompüter bilikləri:
- AutoCAD, Revit, BIM alətləri və MS Office proqramlarında yüksək səviyyə
- Azərbaycan dili – sərbəst
- İngilis dili – yaxşı səviyyə
- Rus dili – üstünlükdür
XÜSUSİ TƏLƏBLƏR
- Güclü liderlik və koordinasiya bacarıqları
- Yerli və beynəlxalq tikinti norma və standartları üzrə dərin bilik
- Dizayndan tikintiyə qədər böyükmiqyaslı layihələrin idarə olunması təcrübəsi
- Sahə şəraitinə uyğun olaraq dizayn dəyişikliklərini analiz etmək və uyğunlaşdırmaq bacarığ