Lekalçı / Konstruktor
17 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Dizayn
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Tikiş fabrikinə təcrübəli Lekalçı / Konstruktor axtarılır.
Vəzifə öhdəlikləri:
- Müxtəlif növ geyim və tekstil məhsulları üçün lekalların hazırlanması və model sənədlərinin yaradılması;
- Kütləvi və fərdi istehsal üçün lekalların hazırlanması;
- Geyim ölçülərinin düzgün seriyalanmasının (qradasiyasının) təmin edilməsi;
- Texniki tələblərə, ölçülərə və spesifikasiyalara uyğun olaraq lekalların hazırlanması və düzəlişlərin edilməsi;
- Məhsulların dəqiqliyini və keyfiyyətini təmin etmək məqsədilə istehsal və digər aidiyyəti şöbələrlə əməkdaşlıq;
- Mövcud lekalların təkmilləşdirilməsi, yeni modellər üzrə zəruri dəyişikliklərin və düzəlişlərin edilməsi;
- Lekalların və modellərin keyfiyyətinə, texniki tələblərə və istehsal standartlarına uyğunluğuna nəzarət.
Namizədə tələblər:
- Lekalçı / Konstruktor vəzifəsində minimum 8 il iş təcrübəsi;
- Geyimlərin konstruksiyası, modelləşdirilməsi və lekalların hazırlanması üzrə peşəkar bilik və bacarıqlar;
- Detallara yüksək diqqət və dəqiq ölçülərlə işləmək bacarığı;
- Yeni modellərə, tapşırıqlara və istehsal tələblərinə çevik uyğunlaşmaq bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və komandada işləmək bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Stabil və inkişaf edən şirkətdə daimi iş imkanı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
- Uzunmüddətli karyera və inkişaf perspektivi
Müraciət etmək üçün CV-zi mövzuda “Lekalçı” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
CT 
Caspian Textile MMC
Emal sənayesi
Caspian Textile MMC müasir standartlara cavab verən müxtəlif növ işçi və digər geyimlərinin istehsalı sahəsində fəaliyyət göstərir. Şirkətin qabağcıl avadanlıqlar ilə təchiz edilmiş tikiş fabrikası…