A Azera HoldingAzera Holding

Lizinq Mütəxəssisi (Quba, Qusar, Beyləqan və Ağcabədi)

21 saat əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
₼1,000+
Son müraciət tarixi
8 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

AZERA Holding-in tərkibində fəaliyyət göstərən Sara Lizinq MMC komandamıza Lizinq Mütəxəssisi axtarır!

Əsas vəzifələr:

  • Lizinq müraciətlərinin daxili qayda və prosedurlara uyğun qəbul və emalını həyata keçirmək;
  • Müştərilərlə görüşlər keçirmək, biznes və maliyyə təhlillərini aparmaq;
  • Lizinq müraciətləri üzrə sənədləri hazırlamaq və komitəyə təqdim etmək;
  • Təsdiqlənmiş müraciətlər üzrə müqavilələrin hazırlanması və rəsmiləşdirilməsi prosesini idarə etmək;
  • Müştərilərlə müqavilələrin imzalanmasını təşkil etmək;
  • Müştərilərin ödəniş intizamına nəzarət etmək və gecikmələrin qarşısının alınması üçün tədbirlər görmək;
  • Yeni müştərilərin cəlb edilməsi və şirkətin lizinq məhsullarının təqdimatını həyata keçirmək;
  • Müştəri portfelinin idarə olunması və mütəmadi monitorinqini aparmaq;
  • Şirkətin daxili qayda və prosedurlarına riayət etmək.

Namizədə tələblər:

  • Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisas üzrə ali təhsil;
  • Lizinq, bank və ya kredit sahəsində minimum 3 il iş təcrübəsi;
  • Biznes təhlili üzrə təlim və ya sertifikat üstünlük hesab olunur;
  • Azərbaycan dilini sərbəst bilmək;
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Analitik düşünmə, ünsiyyət və təqdimat bacarıqları;
  • Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı;
  • Şəxsi avtomobilin olması mütləqdir.

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı və motivasiya sistemi;
  • Korporativ və peşəkar iş mühiti;
  • Karyera inkişafı və təlim imkanları;
  • AZERA Holding daxilində peşəkar inkişaf perspektivi.

İş şəraiti 

  • Şirkət: Sara Lizinq MMC (AZERA Holding)
  • İş yeri: Quba, Qusar, Beyləqan və Ağcabədi
  • Əməkhaqqı: 1000 AZN
  • İş qrafiki: Tam iş günü

CV-nizi "Lizinq Mütəxəssisi" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
A Azera Holding
Azera Holding
Maliyyə və sığorta fəaliyyəti

Oxşar vakansiyalar

Hamısına bax