BSC Baku Steel Company CJSCBaku Steel Company CJSC

Logistika üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis

2 gün əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
12 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İşin qısa təsviri

  • Logistika üzrə mütəxəssis/aparıcı mütəxəssis xarici daşımalar (idxal/ixrac) üzrə tələblərin düzgün analiz edilməsi, uyğun vendorların seçilməsi, vendorlarla danışıqların aparılması və logistika prosesinin başdan sona effektiv şəkildə idarə edilməsinə cavabdeh olacaq;

Əsas vəzifə və məsuliyyətlər

  • Beynəlxalq idxal/ixrac (multimodal) və ölkədaxili daşımaların təşkil edilməsi və marşrutların optimallaşdırılması;
  • Optimal logistika dəyərinin müəyyən edilməsi və rəqabətli nəqliyyat qiymətlərinin alınması;
  • Məhsulların təhlükəsiz və vaxtında daşınması, anbara təhvilinin təmin edilməsi;
  • SAP (ERP) sistemində sifariş və logistika məlumatlarının qeydiyyatı;
  • Yükün çatdırılması prosesinin izlənilməsi və statusun mütəmadi yenilənməsi;
  • Logistika planının hazırlanması və təkmilləşdirmə istiqamətləri üzrə iş;
  • Yerli və beynəlxalq idxal/ixrac qanunvericiliyinə uyğun əməliyyatlar;
  • Daşıyıcı və logistika şirkətləri ilə xidmət müqavilələrinin bağlanması və danışıqların aparılması;
  • Logistika sənədlərinin (Invoice, Pack list, CoO, CMR, müqavilələr və s.) yoxlanması, uyğunluğun təmin edilməsi və müvafiq şöbələrə yönləndirilməsi; 

Tələblər

Təhsil:

  • Ali (Texniki, İqtisadiyyat, Avtonəqliyyat və s.);

Təcrübə:

  • Minimum 3–5 il logistika və idxal/ixrac sahəsində iş təcrübəsi;

Dil bilikləri:

  • Azərbaycan, İngilis və Rus dilləri (yazılı və şifahi);

Bacarıqlar:

  • MS Office (xüsusilə Excel), SAP/ERP bilikləri;

Əlavə:

  • Logistika və beynəlxalq daşımalar üzrə sertifikatlar arzuolunandır;

Xüsusi tələblər:

  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Stresə davamlılıq və çevik qərar qəbuletmə;
  • Yaxşı kommunikasiya və komanda ilə işləmə qabiliyyəti;
  • Məsuliyyətli və nəticə yönümlü yanaşma;

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Rəqabətli əmək haqqı;

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər

BSC Baku Steel Company CJSC
Baku Steel Company CJSC
Emal sənayesi

Biz Azərbaycanın ulu öndəri Heydər Əliyev tərəfindən yaradılmış, ölkə iqtisadiyyatında öz sözünü demiş və Qafqazın ən böyük metallurgiya şirkəti olan Baku Steel Company-yik. Texnoloji yenilikləri,…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et